Sosial
"Peşə təhsili haqqında" qanun qəbul oluna bilər
Azərbaycanda bu ilin sonuna qədər "Peşə təhsili haqqında" qanun qəbul oluna bilər. Bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri İsa Həbibbəyli deyib. Layihənin hazırlanması istiqamətində işlər aparıldığını deyən İ.Həbibbəylinin sözlərinə görə, bununla bağlı artıq bir çox ölkələrin təcrübəsi də öyrənilib: "Biz həm də peşə təhsili sahəsi üzrə ölkənin reallıqlarını öyrənmişik. Bu ilin sonuna qədər "Peşə təhsili haqqında" qanunu qəbul etməklə bu sahənin inkişafına təkan verə biləcəyik".
Tarix İnstitutu erməni yalanlarına qarşı tutarlı bir silah hazırlayır
İyunun 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda Elmi Şuranın iclasında ermənilərin törətdiyi soyqırımları zamanı Azərbaycanın məruz qaldığı itki və tələfatların hesablanıb vahid bir rəqəmə gətirilməsi ilə bağlı müzakirələr aparılıb.
Məhəbbət Vəliyeva: "Sentyabrdan 20 nömrəli məktəbin köçürülməsinə başlanacaq"
"20 nömrəli məktəb sökülüb, yerində daha müasir, yeni və arxitektura baxımında çox gözəl bir bina inşa edilib". Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva bildirib ki, məktəbdə təmir işləri başa çatmaq üzrədir və yaxın günlərdə təhsil ocağına müvafiq avadanlıq gətiriləcək. Avqustun sonu-sentyabrın əvvəllərində məktəb əvvəlki şagird və müəllimləri qəbul etməyə tam hazır olacaq.
Növbəti buraxılış imtahanlarının nəticələri açıqlanıb
Dövlət İmtahan Mərkəzi (DİM) 18 martda Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, İsmayıllı, Göyçay, Şamaxı, Ağdaş, Yevlax, Quba, Şabran, Qusar, Xaçmaz və Siyəzən rayonlarının ümumtəhsil müəssisələrinin 9-cu sinif şagirdləri və aprelin 16-da eksternat qaydasında keçirilən imtahanda iştirak edən şəxslərin buraxılış imtahanının, həmçinin əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının I mərhələsinin nəticələrini elan edib. DİM-dən APA-ya verilən məlumata görə, 18 mart və 16 aprel tarixlərində keçirilən buraxılış imtahanında iştirak etmiş şagirdlər (35815 nəfər) DİM- in internet saytında https://eservices.dim.gov.az/netorta keçidinə daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin ön və arxa üzünün qrafik təsviri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər.
Sağlam gələcək naminə zərərli vərdişlərə qarşı birgə mübarizədən danışlıb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin, Ucar Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Ucar şəhər 4 saylı tam orta məktəbdə “Sağlam gələcək naminə zərərli vərdişlərə qarşı birgə mübarizənin vacibliyi” mövzusunda tədbir keçirilib.
Azərbaycanla Gürcüstan arasında konteyner daşımalarına güzəştli tarif tətbiq olunub
Son vaxtlar Azərbaycan və Gürcüstan dəmir yolları arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün mühüm addımlar atılır. İki ölkə arasında dəmir yoluna əlavə yük axınının cəlb edilməsi prossesi davam edir. İyunun 1-də Gürcüstandan yola düşən ilk konteyner qatarı bu gün Keşlə stansiyasına çatıb. Qatar 26 konteyerdən ibarətdir. “OLAYLAR”-ın xəbərinə görə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Yük daşımaları Departamentinin rəisi Əşrəf Məmmədəliyev KİV nümayəndələrinə məlumat verərək bildirib ki, aparılan çevik tarif siyasəti nəticəsində, ilkin hesablamalara görə Azərbaycanla Gürcüstan arasında il ərzində 40.000-ə yaxın konteynerin daşınması mümkün olacaqdır. Bu da əlavə 1 milyon ton yükün daşınması deməkdir.
“Made in Azerbaijan” brendi dünyanın 150 ölkəsi arasında
Ulduz Şokolad Fabriki Asiyanın ən iri sərgisi “THAİFEX-WORLD of ASİA”da “Made in Azerbaijan” brendi ilə iştirakçıların böyük marağına səbəb olub. Azərbaycanı təmsil edən stend Asiyanın ən böyük ticarət yarmarkasında izləyicilərin böyük marağına səbəb olub. “OLAYLAR”-ın xəbərinə görə, bu barədə iyunun 4-nə qədər davam edəcək “THAİFEX-WORLD of ASİA” beynəlxalq sərgisində iştirak edən Ulduz Şokolad Fabrikinin direktor müavini Elnur Allahverdiyev bildirib.
“Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdən danışılıb
Bakı şəhər Suraxanı rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə “Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı” mövzüsünda dəyirmi masa keçirilib.
“Azərbaycan mətbuatı böyük inkişaf yolu keçmiş bir məktəbdir”
Demokratik cəmiyyətlərin baslıca göstəricilərindən biri fikir, söz və məlumat azadlığının təmin edilməsidir. Qeyd edilən istiqamətdə Azərbaycanda da vəziyyətin ürəkaçan olduğunu qətiyyətlə söyləmək mümkündür. Bu gün birmənalı şəkildə qeyd edə bilərik ki, ölkəmizdə fikir, söz və məlumat azadlığı tam mənada təmin edilir, bu prinsiplərin daha da inkişaf etdirilməsi istiqamətində zəruri addımlar atılır.
Qarabağın Əjdahalı xalçası “Azərxalça” ASC-nin Füzuli filialında
Qarabağın Əjdahalı xalçası “Azərxalça” ASC-nin Füzuli rayon filialında qədim “Əjdahalı” çeşnisi əsasında daha bir xalça toxunmuşdur. 404x276 sm ölçülü bu yun xalçanı 4 ay ərzində Hacıyeva Gülnarə, Nəbiyeva Nərmin, Abbasova Röya, Abbasova Məxluqə toxumuşlar.
Güclü sel Qaraməryəm-İsmayıllı-Şəki yolunda da fəsadlara yol açıb
Bölgəyə ötən gecədən başlayaraq yağan güclü leysan yağışları bu gün günorta saatlarında daha da güclənib. “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, yağışdan sonra dağlardan gələn sel suları sözügedən avtomobil yolunun 38-40-cı km-lik hissəsində avtonəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib.
Mübariz Qurbanlı İran Mədəniyyət Mərkəzinin sədri ilə görüşüb
İyunun 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İran İslam Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Əsgər Farsi ilə görüşüb. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, görüşdə iki ölkənin din və mədəniyyət sahəsində əməkdaşlığının daha da genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Paytaxt məktəbliləri Milli Məclisdə olublar
Azərbaycan Uşaqlarının IV Ümumrespublika Forumuna seçilmiş paytaxt məktəbliləri Milli Məclisdə olublar. “OLAYLAR”-ın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin şagirdləri 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Milli Məclis, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Mənim səsim – mənim hüquqlarım: Parlamentdə müzakirə” mövzusunda keçirilən tədbirə qatılıblar.
Mətbuat Şurası “Gürcüstan” qəzetinin redaktorunu təltif edib
Azərbaycan Mətbuat Şurası “Gürcüstan” qəzetinin redaktoru İslam Əliyevi 70 illik yubileyi münasibəti ilə fəxri diplomla təltif edib, ona təbrik məktubu ünvanlayıb.
Bilik Fondu ideoloji maarifləndirmə işini davam etdirir
Ölkədə aparılan ideoloji, sosial və elmi maarifləndirmə işlərinin daha da genişləndirilməsi, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin ölkə əhalisinə intensiv çatdırılması məqsədilə Bilik Fondu silsilə maarifləndirici mühazirələrini davam etdirir. Fonddan “Olaylar” – a bildirilib ki, Səbail rayonunda yerləşən C.Hacıyev adına 3 saylı musiqi məktəbində Bilik Fondunun Səbail RİH ilə birgə təşkil etdiyi mühazirədə rayonun Bayıl-20-ci yaşayış sahəsinin sakinləri, ərazidəki idarə, təşkilat və müəssisələrin, bələdiyyə və təsərrüfat xidmətlərinin nümayəndələri, ağsaqqallar və gənclər iştirak ediblər.














