“Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdən danışılıb  

Bakı şəhər Suraxanı rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə “Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı” mövzüsünda dəyirmi masa keçirilib.

Bakı şəhər Suraxanı rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə "Sosial məsuliyyətin bölgüsü çərçivəsində həyata keçirilən tədbirlərdə işəgötürənlərin iştirakı" mövzüsünda dəyirmi masa keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbirdə həmçinin Suraxanı rayon İcra Hakimiyyəti Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramil Orucov, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Altun Quliyev və Dövlət Məşğulluq Xidmətinin Yerli orqanlarla və sosial tərəfdaşlarla iş sektorunun baş məsləhətçisi Xətai Mehralıyev iştirak edib. İclası giriş sözü ilə Suraxanı rayon Məşğulluq Mərkəzinin direktoru Sənan Məmmədzadə açaraq tədbir iştiakçılarını salamlayaraq mövzu haqqında ətraflı məlumat verərək vurğulayıb ki, əhalinin məşğulluğunun təmin olunmasında işəgötürənlərin fəaliyyəti çox səmərəli oluğundan bu tədbir növbəti dəfədir ki, Suraxanı rayonunda təşkil olunub. Suraxanı RİH Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Altun Quliyev çıxışında Məşğulluq Siyasətinin icra olunması haqında Suraxanı rayon İcra Hakimiyyətinin gördüyü işlərdən danışıb. A.Quliyev öz çıxışında qeyd edib ki, son iki ildə dövlət - qeyri-dövlət müəssisələrində iş yerləri açılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31