Bilik Fondu ideoloji maarifləndirmə işini davam etdirir

Ölkədə aparılan ideoloji, sosial və elmi maarifləndirmə işlərinin daha da genişləndirilməsi, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin ölkə əhalisinə intensiv çatdırılması məqsədilə Bilik Fondu silsilə maarifləndirici mühazirələrini davam etdirir. Fonddan “Olaylar” – a bildirilib ki, Səbail rayonunda yerləşən C.Hacıyev adına 3 saylı musiqi məktəbində Bilik Fondunun Səbail RİH ilə birgə təşkil etdiyi mühazirədə rayonun Bayıl-20-ci yaşayış sahəsinin sakinləri, ərazidəki idarə, təşkilat və müəssisələrin, bələdiyyə və təsərrüfat xidmətlərinin nümayəndələri, ağsaqqallar və gənclər iştirak ediblər.

Ölkədə aparılan ideoloji, sosial və elmi maarifləndirmə işlərinin daha da genişləndirilməsi, müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin banisi olduğu Azərbaycançılıq ideologiyasının və Prezident İlham Əliyevin apardığı uğurlu dövlət siyasətinin prioritet istiqamətlərinin ölkə əhalisinə intensiv çatdırılması məqsədilə Bilik Fondu silsilə maarifləndirici mühazirələrini davam etdirir. Fonddan "Olaylar" - a bildirilib ki, Səbail rayonunda yerləşən C.Hacıyev adına 3 saylı musiqi məktəbində Bilik Fondunun Səbail RİH ilə birgə təşkil etdiyi mühazirədə rayonun Bayıl-20-ci yaşayış sahəsinin sakinləri, ərazidəki idarə, təşkilat və müəssisələrin, bələdiyyə və təsərrüfat xidmətlərinin nümayəndələri, ağsaqqallar və gənclər iştirak ediblər.

Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət və gördüyü işlər nəticəsində ölkədə bütün sahələrdə qazanılmış uğurlar barədə danışıb.

Bilik Fondunun mühazirəçisi Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktoru, Milli Məclisin deputatı, professor Elman Nəsirov "İlham Əliyev və dövlət siyasətinin prioritet istiqamətləri" mövzusunda söylədiyi mühazirədə son illərdə ölkə başçısının rəhbərliyi altında həyata keçirilən siyasət nəticəsində əldə olunan sosial-iqtisadi tərəqqidən danışıb.

Bu silsilədən daha bir mühazirə rayonun 132-134 saylı tam orta məktəbində təşkil olunub. Siyasi elmlər üzrə fəlsəfə doktoru, Milli Məclisin üzvü Aydın Mirzəzadə məktəbin müəllim və valideyn kollektivi, həmçinin rayon ictimaiyyəti nümayəndələrinə dövlət siyasətinin başlıca istiqamətləri haqqında ətraflı məlumat verib, ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasətin əsas məqamları, müşahidə olunan abadlıq və quruculuq işlərindən danışıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31