Sağlam gələcək naminə zərərli vərdişlərə qarşı birgə mübarizədən danışlıb

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin, Ucar Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Ucar şəhər 4 saylı tam orta məktəbdə “Sağlam gələcək naminə zərərli vərdişlərə qarşı birgə mübarizənin vacibliyi” mövzusunda tədbir keçirilib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin, Ucar Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin birgə təşkilatçılığı ilə Ucar şəhər 4 saylı tam orta məktəbdə "Sağlam gələcək naminə zərərli vərdişlərə qarşı birgə mübarizənin vacibliyi" mövzusunda tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, ədbiri giriş sözü ilə açan Ucar RİH yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqların müdafiəsi üzrə komissiyanın məsul katibi Şükür Məmmədov mövzu ilə bağlı çıxış edərək zərərli vərdişlərə qarşı mübarizədə gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin əhəmiyyətindən danışıb. Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov və Rayon Polis Şöbəsinin əməkdaşı Elnur Mayılov zərərli vərdişlərdən biri olan narkomaniya və onun fəsadları, xüsusilə onunla mübarizə sahəsində görülmüş işlər barədə ətraflı məlumat veriblər.

Qeyd olunub ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamı birgə mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə işləri daim diqqət mərkəzində saxlanılmalıdır. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31