Sosial
“Səngəçal dəniz - Duvannı dəniz - Xərə-Zirə” yatağında 2D seysmik işləri aparılır
“Azneft” İstehsalat Birliyinin sifarişi əsasında Geofizika və Geologiya İdarəsinin “Kəşfiyyatgeofizika” İdarəsi “Səngəçal dəniz-Duvannı dəniz - Xərə-Zirə” yatağında 2D seysmik işləri uğurla davam etdirir.
Paytaxtın bir neçə küçəsində hərəkət məhdudlaşdırılacaq
"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolların və piyada keçidlərinin yolcizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.
104 nəfərə əczaçı – bakalavr diplomu verilib
Aazərbaycan Tibb Universitetinin (ATU) əczaçılıq fakültəsində bakalavr pilləsində buraxılış işlərinin müdafiəsi başa çatıb. “Olaylar” xəbər verir ki, fakültənin dekanı, professor Tahir Süleymanov müdafiənin uğurla tamamlandığını deyib: “Azərbaycan Tibb Universitetinin rektoru professor Gəray Gəraybəlinin 2 iyun 2017-ci il tarixli 259 T əmri ilə Universitetin Əczaçılıq fakültəsinin Bakalavr pilləsində Buraxılış işlərinin müdafiəsini həyata keçirmək üçün tərkibi 9 nəfərdən ibarət dövlət Atestassiya Komissiyası yaradılıb.
400 minlik toyu ilə gündəm yaradan məmur qızına vəzifə verildi
Bakı Lift İdarəsinin baş direktoru Qüdrət Şükürovun qızı videobloger Aysel Şükürova telekanalların birində veriliş aparcaq. Bu barədə məşhur bloger sosial şəbəkədə məlumat verib.
Bu il Bakıda I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır
2017-2018-ci tədris ili üçün paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 46 000-ə yaxın uşağın qəbul olunacağı proqnozlaşdırılır. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. Artıq valideynlər elektron ərizəni dolduran zaman məktəb və təlim dili ilə yanaşı, müəllim seçimini də sistem vasitəsilə yerinə yetirirlər.
Paytaxtda 5 yaşlıların 65 faizi məktəbə hazırlığa cəlb edilə bilər
Növbəti tədris ilində Bakıda bütün 5 yaşlıların 65 faizinin məktəbə hazırlığa cəlb edilməsi nəzərdə tutulub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) verilən məlumata görə, 2015-ci ildə məktəbəhazırlıq proqramı bütün 5 yaşlı uşaqların 24 faizini əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55 faiz olub.
QMİ: adambaşına 5-10 manat fitrə-zəkatının verilməsi məsləhətdir
Azərbaycanda bu il fitrə zəkatının məbləği adambaşına 5-10 manat arası məsləhət görülür. “Olaylar” xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin yaydığı açıqlamada belə deyiir.
Tağı Əhmədov: "3 milyon manatı haradan əldə etməyimin heç kəsə dəxli yoxdur"
Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam edlr.
“Molla Pənah Vaqifin söz dünyası və məktəbi” adlı elmi sessiya
AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində “M.P.Vaqifin söz dünyası və məktəbi” adlı elmi sessiya keçirilib. Akademiyadan “Olaylar” – a bildirilib ki, tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov çıxış edərək dahi sənətkarın Azərbaycanın bədii söz və fikir tarixindəki rolundan danışıb. M.P.Vaqifin XVIII əsr Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri olduğunu söyləyən alim onun öz ənənələri ilə seçilən ədəbi məktəb yaratdığını bildirib. R.Hüseynov Vaqifin Azərbaycanın siyasi mühitində də mühüm rol oynadığını, ictimai xadim kimi müdrikliyi və uzaqgörənliyi ilə tarixdə iz buraxdığını qeyd edib. Akademikin sözlərinə görə, Vaqifin ədəbi irsi və siyasi fəaliyyətinin dərindən araşdırılıb öyrənilməsi ədəbiyyatşünas alimlərin qarşısında duran əsas hədəflərdəndir.
Səmra Rəhimlinin seksual GÖRÜNTÜLƏRİ YAYILDI - VİDEO
Azərbaycanı 2016-cı ildə "Eurovision" mahnı müsabiqəsində təmsil edən Səmra Rəhimli yeni klipi ilə maqazin gündəminə damğa vurub. Gənc ifaçı yutub kanalında “Badminton” adlı rus dilində oxuduğu mahnısına çəkilən yeni klipini təqdim edib. Mahnının söz və musiqisi Boqdana aiddir, klipin rejissorluğu isə Fərhad Əliyə həvalə olunub.
Dövlət Elmi Tibb Kitabxanasının elektron kataloqunda c 1129 nüsxə kitab qeydiyyatdan keçib
Səhiyyə Naziri Oqtay Şirəliyevin 19.12.2014-cü il tarxili 136 №li əmrinə əsasən Respublika Dövlət Elmi Tibb Kitabxanasının rəsmi saytı yaradılıb (www.snetk.az). Saytda kitabxana haqqında məlumatlar ilə yanaşı kitabxananın fondunun elektron kataloqu əks etdirilib. Səhiyyə Nazirliyinin təşəbbüsü və səyləri nəticəsində elektron kataloqun təşkil və inkişaf edilməsi üçün xüsusi kitabxana-biblioqrafiya proqramı yaradılıb. Bu proqram lokal olaraq kitabxana-biblioqrafiya resurslarının hazırlanması, komplektləşdirməsi və oxuculara xidmət üçün nəzərdə tutulub. Proqram vasitəsilə ənənəvi kataloq kartoçkasının çapı da mümkündür.
Hamilələrin diqqətinə! Səyahət edərkən ehtiyatlı olun
Hamiləlik dövründə problemsiz səyahət etmək üçün nələrə diqqət etmək lazımdır?
Gündə 300 qram ispanaq ye, “dəmir” əzələlərə sahib ol!
İsveçin Karolina İnstitutunun alimlərinin fikrincə, gündə 300 qram ispanaq yeməklə sözün əsl mənasında “dəmir” əzələlərə sahib olmaq mümkündür. Tədqiqatçılar müəyyən ediblər ki, məhz bu miqdarda yaşıl tərəvəz əzələlərin oksigenə tələbatını 5 faiz azaldır. Odur ki, əzələlərin effektivliyi xeyli artır.
Quru meyvə pəhrizi barədə bilmədiklərimiz...
Quru meyvə pəhrizi 3-5 gün davam edə bilər.Bu müddət ərzində quru meyvələri qoz ləpəsi ilə qarışdırıb yemək məsləhət görülür. Başlanğıc üçün 3 növ quru meyvə və qoz-fındıq ləpəsi olmaqla hər biri 100 qr -lıq kiçik paketlər hazırlamaq olar. Qadınlara: 100 qr-lıq 5 paket Kişilərə: 100 qr-lıq 7 paket














