Sosial
Züleyxa Nadir yazir... Sənin buynuzun var
Universitetdə məntiq müəllimimiz var idi - Mustafa Güliyev. Bir dəfə dərsdə test etdi. Oğlanlardan birini ayağa qaldırıb soruşdu ki, buynuz itirmisən? “Yox” cavabını alandan sonra söylədi ki, oğlum, sənin buynuzun var. Hamımız təəccübləndik, hətta əməllicə güldük də. Tələbə yoldaşım isə necə pərt olmuşdu, necə qızarmışdı, necə tərləmişdi... illər keçib, amma sifətinin halını indi də xatırlayıram. Mustafa müəllim izah etdi ki, məntiqdə belə bir qanun var: itirmədiyin şey səndə var. Bu oğlan da buynuz itirməyib, deməli onun buynuzu var...
Üzən emalatxana Yeni Bakı Limanına aparılıb
Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus üzən emalatxana təmirdən çıxıb. Artıq emalatxana yedək gəmisi ilə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanına aparılıb. “OLAYLAR”-ın xəbərinə görə, emalatxana Xəzərin ən böyük yükaşırma müəssisəsinə yan alacaq “AXDG” QSC-nin gəmilərinə operativ xidmət göstərəcək. Bununla da gəmilərin səfərlərarası cari təmirində vaxt itkisi aradan qaldırılacaq. Başqa sözlə, əvvəllər gəmilərin “Bibiheybət” və “Zığ” gəmi təmiri zavodlarında həyata keçirilən cari təmiri bundan sonra Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında gerçəkləşdiriləcək.
İlk elektron hərrac keçirilib
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 4 iyul 2017-ci il tarixində keçirilmiş hərracda ilk dəfə olaraq vətəndaşlar onlayn qaydada iştirak ediblər. Bu barədə Komitədən “Olaylar”a verilən məlumata görə, istifadəyə verilən “Elektron hərrac” xidməti hal hazırda nəqliyyat vasitələrinin və avadanlıqların elektron hərrac vasitəsilə özəlləşdirilməsi prosedurunu özündə birləşdirir. Gələcəkdə isə bu prosesin əhatə dairəsi genişləndirilərək kiçik dövlət müəssisə və obyektləri, səhmdar cəmiyyətlərinin də elektron hərrac vasitəsilə özəlləşdirilməsini mümkün edəcək. Bu istiqamətdə artıq müvafiq proqramlaşdırma işləri də həyata keçirilir. Tətbiq olunan bütün bu innovativ tədbirlər Azərbaycan Respublikası Prezidentinin “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” 19 iyul 2016-cı il tarixli Fərmanın icrası istiqamətində həyata keçirilir.
Fındıq bağları üçün təhlükə yaranıb
Bu ilin yaz aylarında hava şəraitinin qeyri-sabit keçməsi, nisbi rütubətin çoxluğu və intensiv yağan yağışlar nəticəsində Şəki-Zaqatala bölgəsinin findıq bağlarında unlu şeh xəstəliyinin inkişaf etməsinə əlverişli şərait yaranıb.
Azərbaycanlı alim beynəlxalq assosiasiyanın vitse-prezidenti seçilib
Qazaxıstanın paytaxtı Astana şəhərində Herontoloqların II Avrasiya Qurultayı keçirilib. Tədbir Qazaxıstan Respublikası Prezidenti İşlər İdarəsi Tibb Mərkəzinin, Qazaxıstan Herontoloqlar Cəmiyyətinin və Avrasiya Herontologiya, Heriatriya və Antiqocalma Təbabəti Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. AMEA – dan “Olaylar” – a bildirilib ki, qurultay çərçivəsində herontologiya və heriatriyanın fundamental, klinik və tibbi-sosial məsələləri müzakirə olunub.
“Mersedes” vuran piyada dünyasını dəyişib
Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, iyulun 5-də saat 2 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Seyid Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Quba rayon sakini Səxavət Heybətovu vurub və nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Piyadaların avtomobillə vurulma halları artıb
“2017-ci ilin son 6 ayı ərzində baş verən yol qəzalarının 50 faizində piyadalar vurulub”. “Olaylar” xəbər veirir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib.
“Rayonlular hara getsin, qızım?” - Deputatdan Aygün Səmədzadəyə cavab
Bəstəkar Aygün Səmədzadənin 1 iyul bakılılar günü kimi qeyd olunan tarixlə əlaqədar bakılılar və rayonlularla bağlı işlətdiyi ifadələr xeyli narazılıq doğurub. Bəstəkarın, məğzi "rüşvəti Bakıya rayonlular gətirib” olan cümlələri sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib.
Baş Prokurorluq: Erməni qoşunları tank əleyhinə mərmilərdən istifadə edib
Azərbaycan kəndlərinin erməni qoşunları tərəfindən atəşə tutulan ərazilərinə baxış zamanı tank əleyhinə mərmilərin qəlpələri aşkar edilib. Bunu Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov brifinq zamanı deyib.
Nazirlik açıqlama verdi
Səhiyyə Nazirliyi Bakıda 7 saylı doğum evində baş verən ana ölümü ilə bağlı açıqlama verib. Nazirliyin Mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Olaylar” -a bildirib ki, hadisə ötən gün qeydə alınıb. Onun sözlərinə görə, Türanə Məmmədova Xroniki Qepoksiya diaqnozu ilə 7 saylı doğum evinə daxil olub: "Həmin gün saat 12:30-da qeysəriyyə kəsiyi ilə əməliyyat aparılmış 3 kilo 300 q çəkidə diri oğlan uşağı azad olub. Əməliyyatdan sonra uşaqlıqda kəskin qanaxma başlamışdı. Bütün lazımi reanimasiyon tədbirlər görülüb. Görülən tədbirlərə baxmayaraq, zahılıq dövrünün birinci sutkasında Türanə Məmmədovada bioloji ölüm baş verib".
Avstriya jurnalında ermənilərin işğalçılıq siyasətinin mahiyyətini açan elmi məqalə yer alıb
Avstriyanın paytaxtı Vyanada çapdan çıxan, humanitar və ictimai elmlər sahəsində Avropanın ən mötəbər nəşrlərindən sayılan “European Journal of Humanities and Social Sciences” jurnalında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sektor müdiri, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun dissertantı Hacı Abdullanın ingilis dilində “XIX - XX əsrlərdə Şimali Azərbaycanın Zəngəzur bölgəsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı və deportasiyanın demoqrafik nəticələri” sərlövhəli məqaləsi dərc olunub.
Səyyar “ASAN qatar” Balakəndə
Səyyar “ASAN qatar” 5 – 19 iyul tarixində Balakən şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. “ASAN” xidmətdən “Olaylar” – a bildirilib ki, səyyar avtobuslar 28 avqust Xaçmaz şəhərində, 8 avqust Yevlax rayonunun Xaldan şəhərində və 13 avqust Abşeron rayonunun Qobu qəsəbəsində vətəndaşların xidmətində olacaqlar. Həmçinin, Abşeron Gənclər Evində isə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.
Açıq hava şəraitində işləyənlər hansı halda işi dayandırmalıdır?
İyulun ilk günlərindən başlayaraq ölkə ərazisində isti və günəşli hava hökm sürür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına görə, bu cür hava şəraiti davam edəcək. Məlum olduğu kimi, yay mövsümündə kəskin isti hava şəraitində işçilərin həyat və sağlamlığının qorunması zərurəti yaranır. Daha dəqiq, havanın hərarəti 41 dərəcədən çox olduqda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir. Elə bu səbədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət ünvanlayıb.
"Zəhra üçün Sarkisyanı məhkəməyə verək"
Millət vəkili Zahid Oruc ötən gün ermənilərin Füzulinin Alaxanlı kəndində qətlə yetirdiyi nənə ilə nəvənin ölümündən danışıb. Bu barədə açıqlama verən Z. Oruc qeyd edib ki, şübhəsiz ki, cəbhə xəttində on illərdir ki belə təxribatlar şəraitində yaşayırıq: "İctimai rəy, Azərbaycan vətəndaşları, bu istiqamətdə fəaliyyət aparan xarici kampaniyalar hərb və sülh şəraitinə bir qədər öyrəşiblər. Ancaq bu, heç bir halda qəbuledilən, həzm olunan hadisəyə çevrilməməlidir. Cəbhə xəttində baş verən belə qətllər Ermənistan Prezident Adminstrasiyasının birbaşa göstərişi ilə reallaşır. Ölkənin iqtisadi, sosial problemlərini həll etməkdən daha çox hər gün plan olaraq hansı cəbhə məkanında Azərbaycana qarşı terror, təxribat, diversiya fəaliyyətlərinin sifarişini verirlər. Gündəlik bununla bağlı Qarabağdan Ermənistan rəhbərliyinə raportlar verilir.
Bakıda güclü küləyi rayonlarda leysan yağış əvəz edəcək
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyulun 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 20-25, gündüz 30-34, Bakıda gecə 22-24, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.









.jpg)




