Azərbaycanlı alim beynəlxalq assosiasiyanın vitse-prezidenti seçilib

Qazaxıstanın paytaxtı Astana şəhərində Herontoloqların II Avrasiya Qurultayı keçirilib. Tədbir Qazaxıstan Respublikası Prezidenti İşlər İdarəsi Tibb Mərkəzinin, Qazaxıstan Herontoloqlar Cəmiyyətinin və Avrasiya Herontologiya, Heriatriya və Antiqocalma Təbabəti Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. AMEA – dan “Olaylar” – a bildirilib ki, qurultay çərçivəsində herontologiya və heriatriyanın fundamental, klinik və tibbi-sosial məsələləri müzakirə olunub.

Qazaxıstanın paytaxtı Astana şəhərində Herontoloqların II Avrasiya Qurultayı keçirilib.

Tədbir Qazaxıstan Respublikası Prezidenti İşlər İdarəsi Tibb Mərkəzinin, Qazaxıstan Herontoloqlar Cəmiyyətinin və Avrasiya Herontologiya, Heriatriya və Antiqocalma Təbabəti Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

AMEA - dan "Olaylar" - a bildirilib ki, qurultay çərçivəsində herontologiya və heriatriyanın fundamental, klinik və tibbi-sosial məsələləri müzakirə olunub.

Tədbirdə AMEA-nın Fiziologiya İnstitutunun direktoru, Azərbaycan Herontoloqlar Cəmiyyətinin prezidenti, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova da iştirak edib. Qurultayda U.Həşimova Avrasiya Herontologiya, Heriatriya və Antiqocalma Təbabəti Assosiasiyasının vitse-prezidenti seçilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31