Sosial
Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 10 mindən artıq vakant yer çıxarılıb
Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 10 mindən artıq vakant yer çıxarılıb. Bu barədə Təhsil Nazirliyində bildirilib.
Rusiyalı deputat: "Erməni separatçılarının hərəkəti təxribatdır"
Bunu Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev Ermənistan ordusunun Füzulinin Alxanlı kəndini atəşə tutması nəticəsində biri azyaşlı körpə olmaqla, 2 nəfərin öldürülməsi, bir nəfərin isə yaralanmasına münasibət bildirərkən deyib.
Əmək Nazirliyinin elektron xidmətlərinə 5,2 milyona yaxın müraciət qeydə alınıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələrinin avtomatlaşdırılmış infrastrukturunun qurulması həmin sahələr üzrə müasir və səmərəli idarəçilik mexanizmlərinin formalaşmasına səbəb olmaqla, vətəndaşlara aidiyyəti dövlət xidmətlərindən real vaxt rejimində, çevik və şəffaf şəraitdə faydalanmağa imkan verib.
Cənub zonasını “Şumşad odlucası” zərərvericiləri bürüyüb
Cənub bölgəsində mövcud olan meşə təsərrüfatı sahələrində şümşad ağaclarının təhlükəli zərərvericilərdən qorunması istiqamətində mübarizə tədbirləri davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyindən “Olaylar”a verilən məlumata görə, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən Lənkəran, Astara, Masallı və Lerik rayonları ərazisində ümumilikdə 943 hektar meşa təsərrüfatı sahəsində müşahidə işləri həyata keçirilib. Müşahidə zamanı şümşad ağaclarının “Şümşad odlucası” adlanan zərərvericisinin ikinci nəslinin tırtılları aşkar olunub.
“Qızıl beyin” laureatına layiq görülən baçılar mətbuat konfransı keçiriləcəklər
İstanbulun Bahçeşehir Universitetinin birincisi, “Qızıl beyin” mükafatı laureatı Günel Musayeva və Universitet üçüncüsü Xeyrənsə Musayevanın iştirakı ilə “Türkiyədə təhsil alan bacıların uğuru” mövzusunda mətbuat konfransı keçiriləcək. Tədbirin təşkilatçısı Bahçeşehir Universitetinin Bakı nümayəndəliyidir. Nümayəndəlikdən “Olaylar”a verilən məlumata görə, tədbirdə Bahçeşehir Universitetinin rektoru Şenay Yalçın, iqtisadi idarəetmə və sosial biliklər fakültəsinin dekanı Necib Çakır və beynəlxalq ofis direktoru Erbay Şirinin də iştirakı gözlənilir. Günel və Xeyrənsə bacılarının uğurlarının sirri və Türkiyədəki təhsillə bağlı suallara aydınlıq gətiriləcək. Mətbuat konfransı iyulun 7-si, saat 11: 00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.
Çimərlikdə əsla spirtli içki QƏBUL ETMƏYİN, yoxsa...
Çimərlikdə spirtli içkilər qəbul etmək ürək xəstəlikləri riskni artırır. Alimlər xüsusilə kişilərə günəşin altında spritli içki qəbul etməməyi məsləhət görümür. Çimərlikdə spirtli içki içmək köklüyə də səbəb olur.
Dövlət sərhədini pozmaq cəhdinin qarşısı alınıb
İyulun 5-də Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmuş bir nəfər sərhəd pozucusu aşkar edilmişdir.
38600 manat məbləğində cərimə tətbiq edildi
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.
"Kitabi-Dədə Qorqud poetikasına giriş" təqdim olunacaq
İyulun 7- də Yuğ Teatrında Yazıçı Kamal Abdullanın "Kitabi-Dədə Qorqud poetikasına giriş" kitabının təqdimat mərasimi keçiriləcək.
İyun ayında Ceyhan limanından 2 milyon tondan artıq neft dünya bazarlarına çıxarılıb
2017-ci ilin iyun ayı ərzində 2 milyon 15 min 323 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, bu həcmin 1 milyon 429 min 248 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-iyun aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 12 milyon 290 min 851 ton təşkil edib.
Tehranda “Azərbaycan dünən, bu gün, sabah” adlı fotosərgi açılıb
İranda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Tehrandakı İran İncəsənət Akademiyasında ölkəmizin tarixini və müasir dövrünü əks etdirən “Azərbaycan dünən, bu gün, sabah” adlı fotosərgi açılıb. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, sərginin açılışında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İranın mədəniyyət və islam irşadı nazirinin müavini Əli Muradxani, akademiyanın rektoru, tanınmış bəstəkar, şair və rəssam Əli Müəllimi, incəsənət xadimləri, Tehran şəhər ictimaiyyəti, İranda yaşayan soydaşlarımız iştirak edib.
Ermənilərin qətlə yetirdiyi Zəhra və nənəsi dəfn olunur - Alxanlıdan FOTOLAR - YENİLƏNİB
Ötən gün erməni təxribatı nəticəsində həlak olan Füzulinin Alxanlı kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının dəfn mərasimi keçirilir.
Ermənlərin atəşi nəticəsində yaralanan qadınla bağlı SON XƏBƏR
"Ötən gün ermənlərin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində yaralanan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızının vəziyyəti hazırda normal olaraq qiymətləndirilir". Bunu Füzuli Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Natiq Şükürov deyib.
Sabiq məmurun qətlini sifariş verən qadından XƏBƏR VAR
Bakı Apellyasiya Məhkəməsində sabiq məmurun güllələnməsini sifariş verən Günel Süleymanova, onunla birlikdə sifarişi yerinə yetirən Ramil Hüseynlinin və digərlərinin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.














