Tehranda “Azərbaycan dünən, bu gün, sabah” adlı fotosərgi açılıb

İranda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Tehrandakı İran İncəsənət Akademiyasında ölkəmizin tarixini və müasir dövrünü əks etdirən “Azərbaycan dünən, bu gün, sabah” adlı fotosərgi açılıb. “OLAYLAR”-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, sərginin açılışında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İranın mədəniyyət və islam irşadı nazirinin müavini Əli Muradxani, akademiyanın rektoru, tanınmış bəstəkar, şair və rəssam Əli Müəllimi, incəsənət xadimləri, Tehran şəhər ictimaiyyəti, İranda yaşayan soydaşlarımız iştirak edib.

İranda keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində Tehrandakı İran İncəsənət Akademiyasında ölkəmizin tarixini və müasir dövrünü əks etdirən "Azərbaycan dünən, bu gün, sabah" adlı fotosərgi açılıb. "OLAYLAR"-ın Mədəniyyət və Turizm Nazirliyinə istinadən verdiyi xəbərə görə, sərginin açılışında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, İranın mədəniyyət və islam irşadı nazirinin müavini Əli Muradxani, akademiyanın rektoru, tanınmış bəstəkar, şair və rəssam Əli Müəllimi, incəsənət xadimləri, Tehran şəhər ictimaiyyəti, İranda yaşayan soydaşlarımız iştirak edib.

Nazir Əbülfəs Qarayev diqqətə çatdırıb ki, sərgidə Azərbaycanın tarixi, mədəniyyəti, müasir görkəmi, füsunkar təbiəti, tolerantlığı, islam dəyərləri, azsaylı xalqların məskunlaşdığı bölgələrimizdən bəhs edən 250-dən çox foto nümayiş olunur. Fotoların müəllifi azərbaycanlı fotoqraflardır. Bir sıra fotolar isə Azərbaycan Fotoqraflar Birliyinin arxivindən götürülüb. Sərginin keçirilməsində məqsəd isə Azərbaycanın müasir simasını, qədim və tarix dolu zənginliyini dünya ictimaiyyətinə çatdırmaqdır.

"Azərbaycan dünən, bu gün, sabah" fotosərgisi ziyarətçilər tərəfindən maraqla qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31