Ermənilərin qətlə yetirdiyi Zəhra və nənəsi dəfn olunur - Alxanlıdan FOTOLAR - YENİLƏNİB

Ötən gün erməni təxribatı nəticəsində həlak olan Füzulinin Alxanlı kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının dəfn mərasimi keçirilir.

Ötən gün erməni təxribatı nəticəsində həlak olan Füzulinin Alxanlı kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və nəvəsi 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızının dəfn mərasimi keçirilir.

S.Quliyevanın evində qurulan yas mərasimindən fotoları təqdim edirik. Azvision.az

***

İyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələrinin Füzuli rayonunun Alxanlı kəndini atəşə tutması nəticəsində həlak olmuş nənə və nəvə bu gün dəfn ediləcək.

Bu barədə açıqlamasında Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev bildirib.

İcra başçısı bildirib ki, dəfn mərasiminin bütün xərcləri İcra Hakimiyyəti tərəfindən ödəniləcək.

A.Alıyev hadisə nəticəsində yaralanan kənd sakininin də səhhətinin normal olduğunu bildirib:

"Yaralı Səlminaz Quliyeva hazırda hospitalda müalicəsini davam etdirır, vəziyyəti stabilləşib, həyatı təhlükəsi yoxdur. Mütəmadi əlaqə saxlayıram".

Qeyd edək ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alıxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır yaralanıb. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31