Səyyar “ASAN qatar” Balakəndə

Səyyar “ASAN qatar” 5 – 19 iyul tarixində Balakən şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək. “ASAN” xidmətdən “Olaylar” – a bildirilib ki, səyyar avtobuslar 28 avqust Xaçmaz şəhərində, 8 avqust Yevlax rayonunun Xaldan şəhərində və 13 avqust Abşeron rayonunun Qobu qəsəbəsində vətəndaşların xidmətində olacaqlar. Həmçinin,  Abşeron Gənclər Evində isə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Səyyar "ASAN qatar" 5 - 19 iyul tarixində Balakən şəhərində vətəndaşlara səyyar formada xidmət göstərəcək.

"ASAN" xidmətdən "Olaylar" - a bildirilib ki, səyyar avtobuslar 28 avqust Xaçmaz şəhərində, 8 avqust Yevlax rayonunun Xaldan şəhərində və 13 avqust Abşeron rayonunun Qobu qəsəbəsində vətəndaşların xidmətində olacaqlar. Həmçinin,  Abşeron Gənclər Evində isə ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi xidməti həyata keçirilir.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31