Sosial

Zəhranın atası: "Düşmənin də ürəyini yandıracağıq"

5 İyul 2017 19:06

"Ürəyimiz yanır. Amma düşmənin də ürəyini yandıracağıq". Bu sözləri 2 yaşlı Zəhra Quliyevanın atası Elnur Quliyev deyib. E.Quliyev əminliklə vurğulayıb ki, cənab prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə torpaqlarımızı işğaldan azad edəcəyik.

"Sabah meydana Zəhra üçün çıxacağıq" - Rauf Əliyev

5 İyul 2017 19:03

Xəbər verdiyimiz kimi, Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndini atəşə tutulması nəticəsində 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun 18 aylıq nəvəsi Quliyeva Zəhra Elnur qızı şəhid olub.

Ramil Səfərov Zəhradan yazdı: "Bir gün o murdar başınız mütləq kəsiləcək!"

5 İyul 2017 18:47

Azərbaycanlı hərbçi Ramil Səfərov Zəhra haqqında paylaşım edib.  Zəhranın şəklini Instagram-da bunları yazıb: "Ey bu məsum körpəni şəhid edən murdar markaryanlar, bilin ki dünyanın harasına qaçsanız da, nə qədər vaxt ötsə də bir gün o murdar başınız mütləq kəsiləcək! Ramil Səfərova "ədalət" məhkəməsi quran dünya bəs indi hara baxır? Narahat olmasınlar, biz ədaləti özümüz təmin etməyi bacarırıq". 

Xalq artisti ermənilərin öldürdüyü 2 yaşlı Zəhradan danışdı: "Ağlaşma qurmamalıyıq"

5 İyul 2017 18:42

Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin sakinləri 2 yaşlı Zəhranın və nənəsinin qanına qəltan edilməsi xəbəri hər bir azərbaycanlını hiddətə gətirib.

Bakı metrosunda oğlan başını qatar relsinin üstünə qoyub intihar etdi - VİDEO (18+)

5 İyul 2017 17:26

Bakı metrosunda dəhşətli hadisə baş verib. Gənc oğlan başını relsin üstünə qoyub, hərəkətdə olan qatar onun başını üzüb. Bakı metropoliteninin rəsmisi Nəsimi Paşayev isə bildirib ki, görüntülər yeni yayılsa da, bir neçə ilin hadisəsidir.

Sumqayıtda yeniyetmə və gənclərə sağlam həyat  tərzi və zərərli vərdişlərlə mübarizə mövzusunda tədbir keçirilmişdir.

5 İyul 2017 16:49

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına  Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə  “Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən “Yeniyetmə və gənclər arasında sağlam həyat  tərzi və zərərli vərdişlərlə mübarizə” piarının təşkili adlı layihənin icrasın davam etdirir.

Faciəvi şəkildə ölən tələbə Orxanla bağlı İNSANI SARSIDAN FAKTLAR

5 İyul 2017 16:10

Dünən Bakıda dənizdə boğularaq ölən iki dostla bağlı bəzi maraqlı məqamlar üzə çıxıb. Binəqədi rayonu ərazisində - Novxanı çimərliyində batan 22 yaşlı Abbas Abdullayev yeni evlənibmiş. Onun bu yaxınlarda övladı dünyaya gəlibmiş.

Zəhranın Allah babaya məktubu- LƏMAN ƏLƏŞRƏFQIZI YAZIR

5 İyul 2017 15:54

Dilimi bir çox uşaqlar kimi “Nən-nə”ylə açmışdım. Çünki nənəmi çox sevirdim. O da məni hamıdan çox istəyirdi. Sahibəydi nənəmin adı. Mənə lay-lay çalırdı, əzizləyirdi, öpüb-oxşayırdı. Deyirdi ki, bir az da böyü sənə nağıl da danışacam. O nağılda boz canavarı öldürüb qarnından balaları Şəngülümü, Şüngülümü çıxardan keçi də vardı, divə qalib gələn Cırtdan da, qoğalı udan tülkü də.

İstanbul – Azərbaycan Kültür evinin təmsilçiləri MEK – də

5 İyul 2017 15:52

Türkiyənin İstanbul şəhərində yerləşən İstanbul Azərbaycan Kültür Evinin başqanı Hikmet Elpin başçılığı ilə Türkiyədən gəlmiş nümayəndə heyəti AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət edib. Kitabxanadan “Olaylar” – a bildirilib ki, nümayəndə heyətini qəbul edən MEK direktoru Leyla İmanova kitabxananın fəaliyyət istiqaməti, iş prinsipləri, Milli Rəqəmsal Yaddaş layihəsi, məlumat bazaları barədə məlumat verib. MEK direktoru gələcək əməkdaşlıq çərçivəsində Türkiyədə Azərbaycan üçün önəmli olan ədəbiyyatların, mənbələrin elektron versiyada MEK-ə göndərilməsinin əhəmiyyətinə xüsusi diqqət çəkib. MEK-in Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü kitabxananın Türkiyə ilə əlaqələri barədə məlumat verib.

“Yeniyetmə və gənclər arasında sağlam həyat tərzi və zərərli vərdişlərlə mübarizə”

5 İyul 2017 15:53

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən “Yeniyetmə və gənclər arasında sağlam həyat tərzi və zərərli vərdişlərlə mübarizə” piarının təşkili adlı layihə də həyata keçirilir. Milli QHT- ından “Olaylar” – a bildirilib ki, layihənin məqsədi gəncləri sağlam həyata dəvət və cəlb etmək, onları zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlamlıqlarını qorumaqdır. Layihə çərçivəsində sonuncu maarifləndirici tədbir Bakı şəhərində yeniyetmə və gənclərin iştirakı ilə keçirilib.

Gənclər 2 yaşlı Zəhranın ölümü ilə bağlı yürüş edəcək

5 İyul 2017 15:26

2 yaşlı Zəhra Quliyevanın ermənilər tərəfindən güllələnməsi ilə əlaqədar sabah çoxsaylı gənclər təşkilatları tərəfində yürüş keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Gənclər və İdman Nazirliyinin mətbuiat xidmətindən daxil olub. Bildirilib ki, yürüş Bridge Plazadan başlayacaq. Gənclər saaat 11.00-da Rusiya səfirliyinin, 11.20 Amerika, 12.00-da isə Fransa səfirliyinin qarşısından keçəcəklər.

Azərbaycanda bütün dinlər bərabər hüquqa malikdir

5 İyul 2017 15:11

Özünü dünyaya demokrtaik ölkə kimi təqdim edən Azərbaycanda dini plüralizm ən yüksək səviyyədə təmin edilib. Qətiyyətlə demək olar ki, ölkəmizdə  dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi prosesi davam etməkdədir. Məlumat üçün qeyd edək ki, Azərbaycan müsəlman ölkə kimi İslam kimliyi ilə Asiya və Quzey Afrika İslam ölkələri və bütün ortadogu müsəlman toplumları ilə dini və kültürəl bütünlüyə malikdir.

Azərbaycanda alternativ cəza növləri tətbiq olunacaq

5 İyul 2017 15:06

Azərbaycanda ədalət mühakiməsi sahəsində həyata keçipilən islahatlar mötəbər beynəlxalq təşkilatlar tərəfindən müsbət dəyərləndirilir. Bunun bariz nümunəsi kimi Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci il fevralın 10-da “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” imzalanan sərəncamı göstərmək olar.

Alimlərdən SENSASİYALI ARAŞDIRMA: Ayı yadplanetlilər...

5 İyul 2017 14:54

Rusiyalı astronom Vladimir Koval hələ 1981-ci ildə belə bir fikir irəli sürmüşdü ki, digər sivilizasiyaların nümayəndələri Günəş sisteminə səyahət edib, özlərindən sonra iz qoyublar. Bu iz isə Aydır.

Azərbaycan xalçaları Tiflisdə

5 İyul 2017 14:44

Gürcüstan Xalq və Dekorativ-tətbiqi Sənət Muzeyinin təşkilatçılığı, Gürcüstan Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan Xalça Muzeyi, İCOM Azərbaycan və İCOM Gürcüstan Milli Komitələri və “HALI” jurnalının birgə əməkdaşlığı çərçivəsində Beynəlxalq Xalça Festivalı keçirilib.