Azərbaycan xalçaları Tiflisdə
Gürcüstan Xalq və Dekorativ-tətbiqi Sənət Muzeyinin təşkilatçılığı, Gürcüstan Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan Xalça Muzeyi, İCOM Azərbaycan və İCOM Gürcüstan Milli Komitələri və “HALI” jurnalının birgə əməkdaşlığı çərçivəsində Beynəlxalq Xalça Festivalı keçirilib.
5 İyul 2017 14:44 SosialGürcüstan Xalq və Dekorativ-tətbiqi Sənət Muzeyinin təşkilatçılığı, Gürcüstan Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan Xalça Muzeyi, İCOM Azərbaycan və İCOM Gürcüstan Milli Komitələri və "HALI" jurnalının birgə əməkdaşlığı çərçivəsində Beynəlxalq Xalça Festivalı keçirilib.
Muzeydən "Olaylar" - a bildirilib ki, festival çərçivəsində Gürcüstan Xalq və Dekorativ-tətbiqi Sənət Muzeyində "Azərbaycan Xalça Muzeyinin kolleksiyasından xalça məmulatları" sərgisinin açılış mərasimi keçirilib. Sərgi bu il keçirilən Azərbaycan Xalça Muzeyinin 50 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdən biridir.
Sərginin kuratoru Azərbaycan Xalça Muzeyinin direktoru, İCOM Azərbaycan Milli Komitəsinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikovadır. Burada xüsusi zövqlə toxunmuş 24 ədəd XIX-XX əsrlərə aid xalça məmulatı nümayiş olunub.
Açılış mərasimində Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova, İCOM Gürcüstan Milli Komitəsinin sərdi İnga Karaia, tarixində Gürcüstan Xalq və Dekorativ-tətbiqi Sənət Muzeyinin direktoru İrina Koşoridze çıxış etdiblər.
Sərgi 28 iyul tarixinədək davam edəcək.