Sumqayıtda yeniyetmə və gənclərə sağlam həyat tərzi və zərərli vərdişlərlə mübarizə mövzusunda tədbir keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən “Yeniyetmə və gənclər arasında sağlam həyat tərzi və zərərli vərdişlərlə mübarizə” piarının təşkili adlı layihənin icrasın davam etdirir.
5 İyul 2017 16:49 SosialAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclərin Mədəni İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən "Yeniyetmə və gənclər arasında sağlam həyat tərzi və zərərli vərdişlərlə mübarizə" piarının təşkili adlı layihənin icrasın davam etdirir. Layihənin məqsədi gəncləri sağlam həyata dəvət və cəlb etmək, onları zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlamlıqlarını qorumaqdır. Layihə çərçivəsində növbəti maarifləndirici təlim Sumqayıt şəhərində yeniyetmə və gənclərin iştirakı ilə keçirilmişdir. Təlimdə ilk öncə layihə rəhbəri Cavid Əliyev çıxış edərək layihənin məqsədi , keçirilmə səbəbi , nəzərdə tutulmuş məlumatlar barədə iştirakçılara ətraflı məlumat verərək uğurlar arzulamışdır. Daha sonra Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları Pərviz Cəmilov, Pərvin Rəsulov çıxış edərək rayon rəhbərliyi adından iştirakçıları salamlamış və rayonda bu sahədə görülmüş işlər barədə ətraflı məlumat verərək təlimin gedişatına uğurlar arzulamışdılar. Rəsmilərin çıxışları yekunlaşdıqdan sonra təlimçi Vüsalə Xəlilova tərəfindən gənclərə sağlam həyat tərzi, zərərli vərdişlər mövzusunda təlim keçirildi. Təlim yekunlaşdıqdan sonra layihədən daha çox şəxsin faydalanması üçün Sumqayıt şəhərinin mərkəzi küçələrində əhali arasında layihə çərçivəsində hazırlanmış bukletlər paylanılmışdır.