“Yeniyetmə və gənclər arasında sağlam həyat tərzi və zərərli vərdişlərlə mübarizə”

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Gənclərin Mədəni İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən “Yeniyetmə və gənclər arasında sağlam həyat tərzi və zərərli vərdişlərlə mübarizə” piarının təşkili adlı layihə də həyata keçirilir. Milli QHT- ından “Olaylar” – a bildirilib ki, layihənin məqsədi gəncləri sağlam həyata dəvət və cəlb etmək, onları zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlamlıqlarını qorumaqdır. Layihə çərçivəsində sonuncu maarifləndirici tədbir Bakı şəhərində yeniyetmə və gənclərin iştirakı ilə keçirilib.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclərin Mədəni İnkişafına Dəstək" İctimai Birliyi tərəfindən "Yeniyetmə və gənclər arasında sağlam həyat tərzi və zərərli vərdişlərlə mübarizə" piarının təşkili adlı layihə də həyata keçirilir. Milli QHT- ından "Olaylar" - a bildirilib ki, layihənin məqsədi gəncləri sağlam həyata dəvət və cəlb etmək, onları zərərli vərdişlərdən uzaqlaşdırmaq, sağlamlıqlarını qorumaqdır. Layihə çərçivəsində sonuncu maarifləndirici tədbir Bakı şəhərində yeniyetmə və gənclərin iştirakı ilə keçirilib.

Tədbirdə ilk öncə layihə rəhbəri Cavid Əliyev çıxış edərək layihənin məqsədi , keçirilmə səbəbi və layihə çərçivəsində həyata keçirilmiş fəaliyyətlərlə bağlı iştirakçıları məlumatlandırdı. Daha sonra Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvü,  Milli Qeyri-Hökumət Təşkilatları Forumunu prezidenti Rauf Zeyni bu sahədə görülmüş işlər barədə geniş məlumat verərək təlim iştirakçılarına uğurlar arzuladı. Sonda təlimçi Vüsalə Xəlilova tərəfindən gənclərə sağlam həyat tərzi, zərərli vərdişlər mövzusunda təlim keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31