Açıq hava şəraitində işləyənlər hansı halda işi dayandırmalıdır?

İyulun ilk günlərindən başlayaraq ölkə ərazisində isti və günəşli hava hökm sürür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına görə, bu cür hava şəraiti davam edəcək. Məlum olduğu kimi, yay mövsümündə kəskin isti hava şəraitində işçilərin həyat və sağlamlığının qorunması zərurəti yaranır. Daha dəqiq, havanın hərarəti 41 dərəcədən çox olduqda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir. Elə bu səbədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət ünvanlayıb.

İşəgötürənlər işçilərin həyat və sağlamlığının qorunması üçün məsuliyyət daşıyır?

İyulun ilk günlərindən başlayaraq ölkə ərazisində isti və günəşli hava hökm sürür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin açıqlamasına görə, bu cür hava şəraiti davam edəcək. Məlum olduğu kimi, yay mövsümündə kəskin isti hava şəraitində işçilərin həyat və sağlamlığının qorunması zərurəti yaranır. Daha dəqiq, havanın hərarəti 41 dərəcədən çox olduqda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir. Elə bu səbədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət ünvanlayıb. Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edərək bildirir ki, yay mövsümündə kəskin isti hava şəraitinin mövcud olduğu vaxtlarda işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə əsasən zəruri tədbirlər görülməlidir.  Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır. Belə hallarda işçilərin həyat və sağlamlığının mühafizəsi məqsədilə onlara sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli və işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında fasilənin sayı, müddəti müəyyən olunmalı, eyni zamanda iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməlidir. Həmin fasilələr zamanı əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir. Beləliklə, DƏMX havanın temperaturunun + 41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinə riayət olunmasını işəgötürənlərin diqqətinə çatdırıb.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov  bildirib ki, Milli Hidrometeorologiya Departamenti havanın kəskin istiləşəcəyi haqda proqnozu açıqladıqda dərhal bütün işəgötürənlər bu barədə məlumatlandırılmalıdır. Şöbə müdirinin sözlərinə görə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, temperaturun 41 dərəcədən çox olduqda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində, yəni hava şəraitini süni surətdə tənzimləmək mümkün olmayan yerlərdə bütün növ işlərin görülməsi dayandırılmalıdır: "İşçilərə sərinləşmək üçün imkan yaradılmaqla fasilələr verilməli, dincəlmələri üçün üstüörtülü yerlərdə şərait yaradılmalı, həmçinin sərinləşdirici içkilərlə təmin olunmalıdırlar". N.Ağamirov bildirib ki, bütün işəgötürənlər işçilərinin sağlamlığına görə məsuliyyət daşıyırlar: "Bu proseslərə nəzarəti isə Dövlət Əmək Müfəttişliyi həyata keçirməlidir. Əgər işlər dayandırılırsa, bu, işçilərin günahı olmadan işin dayandırılması kimi qiymətləndirilir və əmək haqqının 2/3-si həcmində işçilərə əmək haqqı ödənilməlidir. Günün müəyyən vaxtlarında temperaturla bağlı işə fasilə verilirsə, bu halda fasilələr iş vaxtına daxil edilir və əmək haqqı 100 faiz ödənilməlidir. Açıq şəraitdə işləyənlərə isə tikintilərdə yuxarı mərtəbələrdə çalışanlar, yolda asfalt çəkilişində işləyənlər və digər bu kimi işdə çalışanlar aid edilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin əməkdaşları reydlər aparır, əgər temperaturun normadan artıq olduğu halda açıq şəraitdə iş yerlərində işçilərin işləməsi faktı aşkarlanarsa, həmin işəgötürənlər İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsinə əsasən cərimələnirlər. Belə hallar üçün 1000 manatdan 2000 manata qədər cərimə nəzərdə tutulub". Qurum rəsmisinin sözlərinə görə, belə ekstremal vəziyyətlərə ictimai nəzarəti həyata keçirmək üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında, eləcə də sahə həmkarlar ittifaqlarında texniki əmək müfəttişləri və həmkarlar ittifaqı təşkilatı olan müəssisələrdə ictimai müvəkkillər fəaliyyət göstərirlər: "Əmək müfəttişləri və ictimai müvəkkillər nəinki belə şəraitdə, il boyu istehsalat sahələrində, tikintilərdə, müəssisələrdə iş şəraiti, əməyin mühafizəsi ilə bağlı monitorinqlər aparır, işəgötürənə aşkar olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması ilə bağlı tövsiyə və təkliflərini yazılı təqdimat şəklində verirlər. Həmin təqdimatlar işəgötürən tərəfindən nəzərə alınmadığı təqdirdə Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edirlər. Müəssisələrdə, istehsalat sahələrində belə monitorinqlər vaxtaşırı aparılır. Temperaturun normadan çox olduğu hallarda isə monitorinqlərin aparılması daha operativ əhəmiyyət kəsb edir".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31