Sosial

“Azərbaycanda ikili vətəndaşlığa icazə verilməlidir” — DEPUTATDAN MÜHÜM ÇAĞIRIŞ

22 Avqust 2017 15:36

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rafael Cəbrayılov Azərbaycanda da ikili vətəndaşlığa icazə verilməsi məsələsini təklif edib. R.Cəbrayılov açıqlamasında bildirib ki, hazırda Azərbaycan ikili vətəndaşlığın verdiyi imkanlardan yararlana bilmir:  “Hesab edirəm ki, yaxın gələcəkdə ikili vətəndaşlıq məsələsi Azərbaycan qanunvericiliyinə gətirilməlidir və ölkəmiz bundan yaralanmalıdır. Bu mənim şəxsi fikrimdir.

“Mən bu gözəlliyi dünya ilə paylaşmaq istəyirəm” - Fəxriyyə Xələfova – VİDEO

22 Avqust 2017 15:28

Beynəlxalq Avrasia Mətbuat Fondu yeni bir layihəyə start verir. “Mərkəzi Asiya" adlanan bu layihədə məhz Mərkəzi Asiya coğrafiyası, bu bölgə ilə bağlı maraqlı təşəbbüslər, tanınmış şəxslər ilə tanışlıq, Azərbaycanın bu bölgə ölkələri ilə birgə layihələri barədə yadda qalan video müsahibələr, sənədli filmlərin təqdim olunması nəzərdə tutulur. Bu layihənin ilk qonağı isə tanınmış azərbaycanlı modelyer-dizayner, parfümer, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova oldu. Fəxriyyə xanım, BAMF-ın təsis etdiyi Eurasia Diary analitik informasiya portalına müsahibəsində Mərkəzi Asiya ölkəsi Özbəkistanın milli parçalarından hazırlanan kolleksiyası və bu kolleksiyanın yaxın vaxtlarda Özbəkistanda təqdim  olunacağı ilə bağlı məlumat verib.

Azərbaycanda ikili vətəndaşlığa icazə verilə bilərmi? — deputatdan AÇIQLAMA

22 Avqust 2017 15:12

“Azərbaycanda ikili vətəndaşlığa icazə verilməsi istiqamətində işlər hazırda uğurla davam edir. Zamanı çatanda hər bir şey mümkün olacaq”. Bunu  açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, deputat Rövşən Rzayev bildirib.  R.Rzayev deyib ki, hələlik buna ehtiyac yoxdur: “Bu istiqamətdə olan Azərbaycan qanunvericiliyi mükəmməldir. Hələlik qanun ikili vətəndaşlığa icazə verməsə də, mən bu sahədə heç bir problem görmürəm”.

Səhiyyə Nazirliyi donorlar üçün qanvermə qaydalarını açıqlayıb

22 Avqust 2017 15:01

Səhiyyə Nazirliyi donorlar üçün qanvermə qaydaları və şərtlərini açıqlayıb. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, təhlükəsiz qan əldə etmək üçün kifayət qədər sağlam donorun müntəzəm olaraq qan verməsi lazımdır.

Hadisənin səhnədə ALT PALTARI GÖRÜNDÜ

22 Avqust 2017 14:58

Hadisə konsertə geyindiyi libası ilə növbəti ilə dəfə gündəm yaradıb. Hadisə dünən Muğlanın Fethiye rayonunda Babadağ kanat layihəsinin təməlqoyma mərasimində konsert verib. Hadisəni izləmək üçün konsertə 5 min adam gəlib. Sevilən ulduz həm səhnə şousu, həm də libası ilə diqqət çəkib. Səhnədə rəqs edən zaman 31 yaşlı ifaçının alt paltarı görünüb. Bu kadları fotoqraflar dərhal lentə alıb.

Gədəbəydə silah-sursatlar tapılıb

22 Avqust 2017 14:45

Gədəbəy rayonunda müxtəlif təyinatlı silah-sursat aşkar edilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a  verilən məlumata görə, rayonun Pirbulaq kəndi ərazisində 18 ədəd “F-1” qumbarası, müxtəlif tipli 6 ədəd raket, 10 ədəd trotil şaşkası, 9 ədəd patron darağı, 840 ədəd avtomat patronu, 1 ədəd reaktiv mühərrik, 10 ədəd partlayıcı və digər hərbi sursat aşkar edilərək ANAMA əməkdaşları tərəfindən götürülüb.

Daha 11 dövlət əmlakı özəlləşdirilib

22 Avqust 2017 14:44

Avqustun 22-də Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdiriliməsi ilə bağlı növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 6-sı kiçik dövlət müəssisəsi, 5-i istifadəsiz qeyri yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir.

Avtomobil Suraxanıda iki piyadanı vurub öldürdü

22 Avqust 2017 14:43

Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 21-də saat 19 radələrində Suraxanı rayonunun Ramana qəsəbəsində Bakı şəhər sakini Nazim Nuriyev idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 60-65 yaşlı qadını vurub.

Olimpiada qalibi Böyük Britaniyada

22 Avqust 2017 14:37

Paytaxt məktəblisi Fikrət Əmirbəyli Böyük Britaniyanın Mançester şəhərində yay kursunda ödənişsiz iştirak edib. “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən bildirilib ki, BŞTİ-nin tabeliyindəki 212 nömrəli tam orta məktəbin XI sinif şagirdi məktəblilər arasında keçirilən II İngilis dili Olimpiadasının qalibi olduğu üçün bu imkanı qazanıb. Bakı məktəblisi yay kursu çərçivəsində İngilis dili biliklərini daha da artırıb, həmçinin, yerli adət-ənənələr ilə tanış olub, Mançester şəhərinin tarixi yerlərini gəzib. Fikrət Əmirbəyliyə yay kursunun sonunda sertifikat təqdim edilib.

Aprel döyüşləri Azərbaycanın qəhrəmanlıq tarixidir

22 Avqust 2017 14:13

Müstəqillik illərindən sonra Azərbaycanın əldə etdiyi ən böyük qələbə sayılan Aprel döyüşlərindən bir ildən artıq müddət keçsə də, hələ də onun nəticələri, Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi rəşadət, cəmiyyətə bəxş etdiyi qələbə sevinci müzakirə edilir, təhlil olunur. Xüsusilə, düşmən ölkə aprel məğlubiyyətinı heç cür həzm edə bilməyərək vaxtaşırı cəbhə xəttində təxribatlara əl atır, ordumuzun mövqelərinə sarsıdıcı zərbələr vurmağa çalışır. Lakin hər zaman olduğu kimi yenə də igid əsgərlərimiz düşmənin mənfur niyyətinin reallaşmasının qarşısını alırlar. Necə ki, keçən ilin aprelində igid vətən övladları bun etdi və düşmənə son 20 ilin ən ağır zərbəsini vurdu.

Məktəbli formalarının qiyməti dolların məzənnəsinə uyğunlaşdırılır

22 Avqust 2017 14:09

Yeni dərs ili yaxınlaşdıqca bazarlarda canlanma müşahidə olunur. Xüsusən, dərs ləvazimatları və məktəbli formalarının satışı ilə məşğuı olan sahibkarlar fürsəti əldən verməyərək bir mövsümdə “qaz vurub qazan doldurmaq” eşqinə düşüblər. Elə bu səbədən də köhnə malları yeni qiymətlə satan kim, xaricdən ən keyfiyyətsiz məhsulları ucuz  alıb baha qiymətə sırıyan kim.

Gözəllik salonlarında nə baş verir?

22 Avqust 2017 14:07

Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə yeni texnologiyaların tərbiqinə də şərait yaranmış olur. Belə ki, hazırda Azərbaycanda elektron ticarət sahəsi geniş yayılıb. Sözügedən ticarət növü inkişaf dövrünü yaşasa da bir sıra neqativ hallarla, daha doğrusu müştərilərin aldadılması ilə müşayət olunur. Təhlükəli məsələ ondan ibarətdir ki, sosial şəbəkələrdə ən müxtəlif xidmət sahələri ən müxtəlif üsullarla insanları aldatmaqla məşğuldur.   

Bakıda brend mağazalar yanır

22 Avqust 2017 13:59

Bakının mərkəzində brend mağazalar (Dolce & Gabbana, GUCCİ) yanır. Bu barədə sosial şəbəklərdə video görüntülər yerləşdirilib. Hadisə yerində olan vətəndaşların verdiyi məlumata görə, mağazadakı mallar işçilər tərəfindən çölə çıxarılıb.

Gəncədə yeni doğulan körpə öldü

22 Avqust 2017 13:56

Gəncədə doğuşdan sonra körpə ölümü baş verib. Şəmkir rayon sakini, 1996-cı il təvəllüdlü Babayeva Aynur Rasim qızı avqustun 20-də Gəncədəki xəstəxanalardan birinin Doğum evində oğlan uşağı dünyaya gətirib. Uşaq ötən gecə xəstəxanada ölüb. Məlumata görə, bu, A.Babayevanın ilk övladı olub. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Palçıq pilpiləsi” yatağındakı 1883 saylı özül əsaslı təmirdən sonra istismara verilib

22 Avqust 2017 13:42

“Neft Daşları” NQÇİ-nin istismar etdiyi “Palçıq pilpiləsi” yatağındakı 1183 nömrəli stasionar dəniz özülü əsaslı təmir olunaraq istismara verilib. “OLAYLAR”-ın SOCAR-a istinadən verdiyi xəbərə görə, “Neftqaztikinti” Tresti tərəfindən həyata keçirilən əsaslı təmir işləri zamanı 3 ədəd müxtəlif ölçülü metal lövhə, 18 ədəd oturacaq, suüstü əlaqələr, eləcə də 67,5 kvadrat metr sahəyə 15 ədəd dəmir-beton tava, 716,5 kvadrat metr sahəyə polad vərəqə quraşdırılmış, pilləkənlər və məhəccər çəpəri tikilib.