Aprel döyüşləri Azərbaycanın qəhrəmanlıq tarixidir
Müstəqillik illərindən sonra Azərbaycanın əldə etdiyi ən böyük qələbə sayılan Aprel döyüşlərindən bir ildən artıq müddət keçsə də, hələ də onun nəticələri, Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi rəşadət, cəmiyyətə bəxş etdiyi qələbə sevinci müzakirə edilir, təhlil olunur. Xüsusilə, düşmən ölkə aprel məğlubiyyətinı heç cür həzm edə bilməyərək vaxtaşırı cəbhə xəttində təxribatlara əl atır, ordumuzun mövqelərinə sarsıdıcı zərbələr vurmağa çalışır. Lakin hər zaman olduğu kimi yenə də igid əsgərlərimiz düşmənin mənfur niyyətinin reallaşmasının qarşısını alırlar. Necə ki, keçən ilin aprelində igid vətən övladları bun etdi və düşmənə son 20 ilin ən ağır zərbəsini vurdu.
22 Avqust 2017 14:13 SosialMüstəqillik illərindən sonra Azərbaycanın əldə etdiyi ən böyük qələbə sayılan Aprel döyüşlərindən bir ildən artıq müddət keçsə də, hələ də onun nəticələri, Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi rəşadət, cəmiyyətə bəxş etdiyi qələbə sevinci müzakirə edilir, təhlil olunur. Xüsusilə, düşmən ölkə aprel məğlubiyyətinı heç cür həzm edə bilməyərək vaxtaşırı cəbhə xəttində təxribatlara əl atır, ordumuzun mövqelərinə sarsıdıcı zərbələr vurmağa çalışır. Lakin hər zaman olduğu kimi yenə də igid əsgərlərimiz düşmənin mənfur niyyətinin reallaşmasının qarşısını alırlar. Necə ki, keçən ilin aprelində igid vətən övladları bun etdi və düşmənə son 20 ilin ən ağır zərbəsini vurdu. Uzun illər işğal altında olan bir neçə mühüm əhəmiyyət kəsb edən strateji yüksəklikləri azad etdi. Hər bir döyüş itki, insan tələfatna yol açdığı üçün, aprel döyüşləri də itkisiz ötüşmədi və ermənilərin təxribatının qarşısının alınması və uğurlu hərbi əməliyyatda onlarla əsgər və zabitimiz həlak olaraq şəhidlik zirvəsinə yüksəldi. Murad Mirzəyev, Təbriz Musazadə, Raquf Orucov, Samit İmanov, Ziya Həsənov və daha bir neçə şəhid.
Aprel döyüşləri Azərbaycanın qəhrəmanlıq tarixi, qəhrəmanlıq salnaməsi olduğu üçün həmin döyüşlərdə şəhid olan əsgər və zabitlərimiz də daima yüksək ehtiramla anılır, onların əziz xatirəsi müntəzəm olaraq yad edilir. Ümumiyyətlə, Azərbaycanda Qarabağ müharibəsi iştirakçıları, şəhidlər, eləcə də bu təbəqədən olan şəxslərə qarşı hər zaman yüksək diqqət və qayğı göstərilib. Hələ aprel döyüşlərindən çox-çox əvvəl Mübariz İbrahimovun cəbhədə göstərdiyi böyük şücaət, təkbaşına onlarla ermənini məhv etməsi, bundan əvvəl Ramil Səfərovun Azərbaycan bayrağını təhqir edən erməni zabitinə layiqli cəzanı verməsi, istər Ramil Səfərov, istər Mübariz İbrahimov, istərsə də bu kimi digər qəhrəmanlarımızın daim dövlətin, Ali Baş Komandanın diqqətində olması, birincinin ölkəmizə ekstradisiyasının gerçəkləşməsi, Mübariz İbrahimovun nəşinin isə ermənilərdən geri alınması deyilənlərin məntiqi nəticəsidir.
Sevindirici hal ondan ibarətdir ki, bu gün şəhid əsgər və zabitlərimiz, onların bizlərə yadigar qalan övladları, ailə üzvlərinə dövlətlə yanaşı, vətəndaş cəmiyyəti nümayəndələri, qeyri-hökumət təşkilatları, ayrı-ayrı fərdlər, ümumiyyətlə cəmiyyətin bütün üzvləri böyük ehtiramla yanaşır, onların əziz xatirəsini uca tutaraq göstərmiş olduqları qəhrəmanlıqları gələcək nəsillərə təbliuğ edirlər. Bu baxımdan müxtəlif qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi layihələr də mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki, həmin layihələrin böyük əksəriyyəti məhz aprel döyüşləri, ümumiyyətlə Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən igid oğul və qızlarımızın qəhrəmanlıq nümunələrini cəmiyyətə, gənc nəsillərə çatdırmaq məqsədi daşıyır. Məlumat üçün qeyd edək ki, fəaliyyətə başladığı gündən əsas istiqaməti bu yöndə olan Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət də aprel döyüşlərinin qəhrəmanlarının təbliği, onların göstərdikləri igidliklərin cəmiyyətə çatdırılmasına xüsusi diqqət yetirir. Bu baxımdan adıçəkilən cəmiyyətin həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihəyə artıq bir müddətdir ki, start verilib. Layihə çərçivəsində görüləcək işlər, həyata keçiriləcək tədbirlər aprel şəhidlərinin qəhrəmanlıqlarının Azərbaycana cəmiyyətə daha yaxından çatdırılması baxımından əhəmiyyətli olacaq.
Yuxarıda qeyd etdiyimiz kimi aprel şəhidlərinin qəhrəmanlıqlarının təbliğində bu gün cəmiyyətimizin hər bir üzvü az və ya çox dərəcədə aktivdir, fəaldır. Dövlət, qeyri-hökumət təşkilatları ilə yanaşı fərdi qaydada da bu istiqamətdə iş görülür, ayrı-ayrı ziyalılarımız, yazıçılarımız aprel şəhidlərinin xatirəsinə həsr olunmuş yazılar, məqalələr dərc edir, kitablar, romanlar yazırlar. Bu baxımdan yazıçı-publisist-dramaturq, tarixi romanlar müəllifi Yunus Oğuzun aprel döyüşlərinin şəhidi, Milli Qəhrəman Murad Mirzəyev barədə qələmə aldığı roman da milli qəhrəmanlarımızın, aprel şəhidlərinin cəmiyyətdə tanıdılması, xüsusilə onların qəhrəmanlıqlarının gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Yunus Oğuzun Murad Mirzəyevə həsr etdiyi "Ovçu" adlı romanda yazıçı həmçinin tarixə sədaqətini də saxlayıb, ermənilərin yüz illərlə bizə qarşı apardığı torpaq davasını da müfəssəl təsvir edib. Əsərdə Murad Mirzəyevlə yanaşı, onun ailəsi, şəhid yoldaşları, komandiri, müdafiə naziri və başqalarının, hətta erməni generalları və zabitlərinin də obrazları yaradılıb.
Süleyman İsmayılbəyli
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində çap olunur