Sosial
Əti necə bişirək ki, dadlı və yumşaq olsun? - FAYDALI MƏSLƏHƏT
Dadlı və təzə ət seçmək qabiliyyəti də bir incəsənətdir. Etiraf etməliyik ki, bunu hər kəs bacarmır. Güvənəcəyiniz qəssab tanışınız və keyfiyyətli ət seçmək qabiliyyətiniz yoxdursa, bir yolunuz var: Aldığınız əti ləzzətli bişirmək.
Lerikdə üç nəfərin ölümü ilə nəticələnən yanğına görə ailənin oğlu saxlanılıb
Lerikdə üç nəfərin öldüyü yanğının qəsdən törədildiyi ehtimal edilir. Rayonun Vizəzəmin kəndində 1963-cü il təvəllüdlü Elman Hüseynov, həyat yoldaşı, 1967-ci il təvəllüdlü Şükufə Hüseynova və qızı, 1995-ci il təvəllüdlü Süsən Mirzəzadənin yanaraq, ölməsi ilə nəticələnən hadisənin bəzi təfərrüatları məlum olub.
Rusiyanın axtardığı şəkilinin arvadı: "Evə gələndə gördüm nə Tural, nə uşaqlar, nə pul, nə də maşın var"
"Rusiya Federasiyası ərazisində axtarış verilib. Amma hələ də bir xəbər yoxdur. O, uşaqları ölkə ərazisindən çıxara bilməz. Çünki uşaqlarımın sənədi evdə qalıb. Maşını sürmək üçün isə sürücülük vəsiqəsi yoxdur. Amma 3 gündür nə ondan, nə də uşaqlardan bir xəbər var".
Dövlət Komitəsi: Orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi orta məktəblərdə dini tədrisin əleyhinədir. Komitənin sədr müavini Gündüz İsmayılov açıqlamasında bildirib ki, Azərbaycanda qanunvericiliyə əsasən, dövlət təhsil sistemi dindən ayrıdır, bu baxımdan orta məktəblərdə dinin tədrisindən söhbət gedə bilməz.
Mübariz Qurbanlı Qırğızıstanın Azərbaycandakı müvəqqəti işlər vəkili ilə görüşüb
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qırğız Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Bakıt Yusupov ilə görüşüb. “OLAYLAR”-ın Dini Komitəyə istinadən verdiyi xəbərə görə, qonağı səmimi salamlayan Komitə sədri Qırğız Respublikası ilə Azərbaycan arasında tarixi kökləri olan dostluq münasibətlərindən danışıb.
Azərbaycanın turizm imkanlarını özündə əks etdirən videoçarx beynəlxalq səsvermədə iştirak edir
Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının (BMÜTT) rəsmi internet saytında Azərbaycanın turizm imkanlarını özündə əks etdirən videoçarx beynəlxalq səsvermədə iştirak edir. Bu barədə məlumat “OLAYLAR”-a Mədəniyyət və Turizm Nazirliyindən daxil olub. Bildirilib ki, səsvermədə qalib olan videoçarxa Çin Xalq Respublikasının Chengdu şəhərində keçiriləcək BMÜTT-nin Baş Assambleyasının 22-ci sessiyasında “People's Choice Award” mükafatı veriləcək.
Fikir və söz azadlığından sui istifadə edilməməlidir
Bu gün Azərbaycan demokratik cəmiyyətin bir üzvü kimi həmin cəmiyyətlərə xas olan bütün xüsusiyyətləri, prinsipləri özündə əks etdirir, onları öz gündəlik həyatında tətbiq edir. Demokratik prinsiplərin, dəyərlərin əsas göstəricilərindən biri fikir, söz, məlumat və ifadə azadlığıdır ki, günümüzdə bu prinsiplərə ölkəmizdə yüksək səviyyədə əməl olunur, qorunur, inkişaf etdirilir.
Regionların sosial-iqtisadi inkişafı siyasəti qarşıdakı illərdə də uğurla davam etdiriləcək
Prezident İlham Əliyevin ölkəmizin qərb bölgəsinə səfəri böyük əhəmiyyət kəsb edir. Çünki dövlət başçısının hər bir səfəri bölgələrimizin yeni-yeni uğurları ilə müşaiyət olunur”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
İslam təfriqə və xürafata yox deyir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ucar şəhər “Cami” məscidi dini icması tərəfindən “Bəşəriyyətin təhdidlərdən çıxış yolu - Həmrəylik” layihəsi çərçivəsində “İslam təfriqə və xürafata yox deyir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Ucar şəhər “Cami” məscidi dini icmasıın sədri Ceyhun Əliyev milli və dövlətçilik maraqlarımıza təhlükə törədən amillərə qarşı dini maarifçiliyin effektiv təsir göstərəcəyi qənaətində olduğunu diqqətə çatdırıb.
6 ayda respublika üzrə 18884,1 litr qan tədarük olunub
Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Bakı və regionlarda könüllü qanvermə aksiyaları davam edir. Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, cari ilin ilk 6 ayı ərzində respublika üzrə keçirilən qanvermə aksiyalarında 18884,1 litr qan tədarük olunub. Keçirilən 177 qanvermə aksiyasında 39756 nəfər donor iştirak edib.
Bakıda məktəbli yarmarkaları fəaliyyətə başlayıb
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) tərəfindən paytaxtın müxtəlif ərazilərində məktəbli yarmarkaları təşkil olunub. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əliabbas Bağırov bildirib ki, 10-dək məktəbli yarmarkası “Koroğlu”, “Neftçilər”, “Elmlər Akademiyası”, “İnşaatçılar”, Nəriman Nərimanov”, “28 May” stansiyalarının giriş-çıxışında yaradılıb.
Bu il 250 nəfər əlilliyi olan şəxs peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin məşğulluq imkanlarının artırılması və əmək bazarına çıxışının asanlaşdırılması məqsədilə onlar üçün peşə hazırlığı və əlavə təhsil kurslarının təşkili tədbirləri davam etdirilir.
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir
Ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi davam edir. Təhsil Nazirliyindən “OLAYLAR”-a bildirilib ki, bu mərhələdə müəllimlərin psixoloji durumu, ümumi dünyagörüşü yoxlanılır. Müsahibə mərhələsi avqustun 26-dək davam edəcək. Müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar namizədlərin şəxsi səhifəsinə göndərilib. Müsahibə mərhələsinə dəvət edilən namizədlərdən şəxsiyyət vəsiqəsini, ali və ya orta ixtisas təhsili haqqında diplomu və diploma əlavəni gətirmək tələb olunur.
Yeni yerüstü piyada keçidi inşa olunub
Bakı-Şamaxı avtomobil yolunun 12.8-ci km-də, Binəqədi rayonu 28 may qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası işləri yekunlaşmaq üzrədir. Ərazidə artıq asfatlanma işləri aparılıb.
Qurban bayramında ət neçəyə satılacaq? - NAZİRLİK AÇIQLADI
Sentyabrın 1-2-i bütün müsəlman ölkələrində olduğu kimi Azərbaycan da müqəddəs Qurban bayramı qeyd ediləcək. Hər il Qurban bayramı ərəfəsində ətin və heyavanın qiymətində bahalaşma müşahidə olunur. Bəzi işbazlar qiymət artımını rayondan mal-qaranı baha almaqları ilə əlaqələndirirlər.














