İslam təfriqə və xürafata yox deyir

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ucar şəhər “Cami” məscidi dini icması tərəfindən “Bəşəriyyətin təhdidlərdən çıxış yolu - Həmrəylik” layihəsi çərçivəsində “İslam təfriqə və xürafata yox deyir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Ucar şəhər “Cami” məscidi dini icmasıın sədri Ceyhun Əliyev milli və dövlətçilik maraqlarımıza təhlükə törədən amillərə qarşı dini maarifçiliyin  effektiv təsir göstərəcəyi qənaətində olduğunu diqqətə çatdırıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Ucar şəhər "Cami" məscidi dini icması tərəfindən "Bəşəriyyətin təhdidlərdən çıxış yolu - Həmrəylik" layihəsi çərçivəsində "İslam təfriqə və xürafata yox deyir" mövzusunda növbəti maarifləndirici tədbir keçirilib. "OLAYLAR"-ın xəbərinə görə, tədbiri giriş sözü ilə açan Ucar şəhər "Cami" məscidi dini icmasıın sədri Ceyhun Əliyev milli və dövlətçilik maraqlarımıza təhlükə törədən amillərə qarşı dini maarifçiliyin  effektiv təsir göstərəcəyi qənaətində olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış edən DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşları Rauf Nəsirov və Sədi Hüseynov öz çıxışlarında İslam dininin Allaha ibadətlə yanaşı, ailədə və cəmiyyətdə insanlararası münasibətləri tənzimləyən, insanları faydalı işlər görməyə sövq edən, sülh və əmin-amanlıq içərisində birgəyaşayışa səsləyən əxlaqi qaydalar sistemi olduğunu vurğulayıblar.

Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31