Yeni yerüstü piyada keçidi inşa olunub
Bakı-Şamaxı avtomobil yolunun 12.8-ci km-də, Binəqədi rayonu 28 may qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası işləri yekunlaşmaq üzrədir. Ərazidə artıq asfatlanma işləri aparılıb.
22 Avqust 2017 15:54 SosialBakı-Şamaxı avtomobil yolunun 12.8-ci km-də, Binəqədi rayonu 28 may qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası işləri yekunlaşmaq üzrədir. Ərazidə artıq asfatlanma işləri aparılıb. "OLAYLAR"-ın xəbərinə görə, sözügedən keçid Azərbaycan Prezidenti İlham Əliyevin piyadaların avtomobil yollarını rahat və təhlükəsiz şəkildə keçməsini təmin etmək istiqamətində verdiyi göstəriş və tapşırıqlarına əsasən inşa olunub. Aşırım və pilləkən hissəsi metal konstruksiyalı olacaq piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Məqsəd həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarını keçməsini təmin etmək, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkətini təşkil etməkdir.
Qeyd edək ki, keçiddə fiziki məhdudiyyətli insanların hərəkəti üçün panduslar quraşdırılıb.