Regionların sosial-iqtisadi inkişafı siyasəti qarşıdakı illərdə də uğurla davam etdiriləcək

Prezident İlham Əliyevin ölkəmizin qərb bölgəsinə səfəri böyük əhəmiyyət kəsb edir. Çünki dövlət başçısının hər bir səfəri bölgələrimizin  yeni-yeni uğurları ilə müşaiyət olunur”. “OLAYLAR”-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

Prezident İlham Əliyevin ölkəmizin qərb bölgəsinə səfəri böyük əhəmiyyət kəsb edir. Çünki dövlət başçısının hər bir səfəri bölgələrimizin  yeni-yeni uğurları ilə müşaiyət olunur". "OLAYLAR"-ın yap.org.az saytına istinadən verdiyi xəbərə görə, bu fikirləri Milli Məclisin deputatı Sevinc Hüseynova deyib. O, bildirib ki, ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilən proqramlar uğurla icra edilir. Onun sözlərinə görə, bu proqramlar bölgələrin tarazlı inkişafını şərtləndirir: "Dövlət proqramlarının icrası çərçivəsində respublikanın bütün bölgələrində yeni yollar çəkilib və ya yenidən qurulub, çoxlu sayda körpülər, yol qovşaqları tikilib, kommunal infrastruktur daha da yaxşılaşdırılıb, rabitə  və digər xidmətlərin səviyyəsi yüksəlib. Prezident İlham Əliyev qərb bölgəsinə səfəri zamanı yeni obyektlərin açılışını etdi, ictimaiyyət nümayəndələri ilə görüşdü, eləcə də qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verdi. Bu o deməkdir ki, dövlət başçısı bölgələrdə görülən işlərlə şəxsən tanış olur. Bütün bunlar deməyə tam əsas verir ki, regionların tarazlı sosial-iqtisadi inkişafı siyasəti qarşıdakı illərdə də uğurla davam etdiriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31