Gözəllik salonlarında nə baş verir?
Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə yeni texnologiyaların tərbiqinə də şərait yaranmış olur. Belə ki, hazırda Azərbaycanda elektron ticarət sahəsi geniş yayılıb. Sözügedən ticarət növü inkişaf dövrünü yaşasa da bir sıra neqativ hallarla, daha doğrusu müştərilərin aldadılması ilə müşayət olunur. Təhlükəli məsələ ondan ibarətdir ki, sosial şəbəkələrdə ən müxtəlif xidmət sahələri ən müxtəlif üsullarla insanları aldatmaqla məşğuldur.
22 Avqust 2017 14:07 Sosial"Le salon" xanımlara gözəllik yox, dərd-bəla "bəxş" edir
Azərbaycan iqtisadiyyatı inkişaf etdikcə yeni texnologiyaların tərbiqinə də şərait yaranmış olur. Belə ki, hazırda Azərbaycanda elektron ticarət sahəsi geniş yayılıb. Sözügedən ticarət növü inkişaf dövrünü yaşasa da bir sıra neqativ hallarla, daha doğrusu müştərilərin aldadılması ilə müşayət olunur. Təhlükəli məsələ ondan ibarətdir ki, sosial şəbəkələrdə ən müxtəlif xidmət sahələri ən müxtəlif üsullarla insanları aldatmaqla məşğuldur.
"Azad İstehlakçılar" İctimai Birliyinin (AİB) sədri Eyyub Hüseynov qeyd edib ki, son günlərdə belə şikayətlərin sayı artıb. Hazırda isə gözəllik salonlarından şikayətlər davam edir. Belə ki, Bakı şəhər sakini Birliyə müraciət edərək paytaxtda fəaliyyət göstərən gözəllik salonlarının müştərilərin başına gətirdikləri oyunlar barədə məlumat verib: "Şikayətim Murtuza Muxtarov 145 ünvanında yerləşən "Le Salon" adlı gözəllik salonundandır. Facebook sosial şəbəkəsində bu salonun elanındakı münasib qiymətlərə aldanıb, salona zəng vurub "müalicəvi kerotin saç düzleşdirici" prosedura yazıldım. 05.08.2017 saat 15:00 da adıçəkilən salonda oldum. Reklamda yazılan qiymət 65 AZN olmasına baxmayaraq, eyni prosedur üçün məndən usta Əli 120 AZN tələb etdi və mən pulu Əliyə verdim. O, isə Nailə xanıma verdi. Amma ödənişi təsdiq edən heç bir qəbz və ya çek mənə verilmədi. Təxminən saat 15:00-18:00 gədər Əli adli saç ustası bir məhlul hazırlayib saçlarıma çəkdi. Əli Məhlulu başqa otaqda hazırlayıb gətirirdi. Bir müştəri olaraq mənim saçlarıma vurduğu məhluldan, qutusundan, adından, tərkibinin nədən ibarət olduğundan mənə heç bir informasiya verilmədi. Fen vasitəsi ilə saçlarımı qurudarkən çox kəskin, narahatedici qoxu və tüstü var idi. Əli izah etdi ki məhlul saçlarımda bir gün qalmalıdır və sabahı gün 06.08.2017 səhər saat 12:00 də prosedurun davamın edəcəyik. Onun dediyinə görə nə qoxu nə başqa bir narahatçılıqım olmayacaqdır. Onun sözlərinə inanıb evimə getdim. Lakin saçlarımın pis və kəskin qoxusu, göz acılanması və sulanması məni və yaxınımda olan ailə üzvlərimi belə narahat etməyə başladı. Bu səbəbdən həmən gün iki azyaşlı övladımın səhhətinə zərər dəyməsin deyə uşaqlarımla eyni otaqda belə oturmadım. Əks təqdirdə onlarda saçımdakı mənşəyi məlum olmayan kimyəvi məhlulun qoxusundan zərər çəkəcəkdirlər".
Şikayətçi qeyd edib ki, bütün zərərli təsirləri səhəri gün hiss edib: "Salon səhər saat 10:00 açılarkən mən artıq orda idim. 06.08.2017 Bazar günü salonda deyilənə görə Əli ustanın istirahət günü imiş və mənim saçımın işini başqa xanım usta davam edəcəkdir. Adını bilmədiyim xanım işçi saçımı darayıb, yuyub məni yola saldı və iradlarıma rəğmən "Hər şey yaxşı olacaq" dedi.Salondan çıxar çıxmaz başımda ağrılar başladı. Ağrılar kəskin olmadığı üçün çox fikir vermedim. 07.08.2017 halsızlıq baş ağrısı davam edirdi. Gecə halim da, görünüşüm də pisləşməyə başladı. Başımda, alın nahiyyəmdə və gicgahlarımda dəhşətli dərəcədə şişkinliklər əmələ gəlmişdi. Başımın arxasında isə kəskin ağrılar hiss edirdim. Gecə saat 01:00 radələrində "Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikası"nin təcili yardımına müraciyyət etdim və ora getməyə məcbur oldum. Sistem və iynələrdən sonra bir müddət həkim müşahidəsi altında qalıb evimə gəldim. Səhəri gün başımdakı şişkinliklə əlavə boyun nahiyəmdə də şişkinlik əmələ gəldi. Bu mənim nəfəs almağıma çətinlik yaratdı. Canımın hayında olduğum üçün yalnız həkimlərə müraciət edirdim. Yenə də həkimə və "City Hospital" lın təcili yardımına müraciyyət etməli oldum. Bu gün 15 avgust və mən hələ də damar daxili ağır preparatlar qəbul edirəm. "Le salon"-un sağlamlığıma vurduğuğu zərər nəticəsində yaranan fəsad hələ də üzümdədir, özümü pis hiss etməkdə davam edirəm".
O, həkimlərin verdiyi sənədlərlə gözəllik salonuna gedib: "Orada saçıma vurulan dərmanların mənşəyi və sertifikatını tələb etdim. Buna səbəb olan "Le salon " ve Naile xanım (99 450 254 06 42) kimi özünü teqdim eden "Le salon"un nümaindəsinin mənə cavabı isə : "Gedin hara müraciyyət edirsiniz edin" -oldu. (Qeyd edim ki eyni "keratin saç düzleşdirmə" prosedurunu men başqa bir salonda daha öncə etdirmişəm.Və səhhətimlə heç bir problem yaşamamışam). Hal hazırda mən azyaşlı iki övladımla məşqul olmaq yerinə səhətimlə əlləşirəm. Buna səbəb olanlar isə rahat öz həyatlarını yaşayırlar. Vaxtımı, pulumu, səhhətimi pozduqlarına görə bir üzr belə istəmədilər. Əfsuslar olsun ki Azərbaycanda "Le salon" kimi bir çoxları istehlakçıların hüquqlarını pozur və hansısa səbəblərdən özlərini qanunvericilik önündə toxunulmaz hesab edirlər. Lakin bu belə olmamalidir! Bir Azərbaycan vətəndaşı olaraq mənə qarşı olan haqsızlığa və hədsizliyə göz yummaq istəmirəm və belə köbud şəkildə hüququmu pozanların qanun önündə cavab verməsi üçün bütün gücümlə çalışacağam. Adıgedən salonun xidmətinin qüsurları nəticəsində mənim səhhətimə vurulan zərərin, maddi və mənəvi ziyanin ödənilməsini istəyirəm, müalicə xərclərimin salon tərəfindən ödənilməsini istəyirəm. Çox xaiş edirəm bu məsələ ilə əlaqədar mənim hüquqlarımı müdafiə etməyimə kömək edəsiniz,bu salonda istifadə edilən dərmanların ekspertizası aparılsın, mənim ödədiyim 120 AZN və sağlamlığım üçün xərclədiyim 200 AZN ödənilsin,dövlət qanunlarını tanimayan bu salon barədə dövlət qurumlarına və KİV-ə məlumat verilsin".
Xatırladaq ki, sözügedən şikayəti danışıq yolu ilə həll etmək mümkün olmadığından "Azad İstehlakçılar" İctimai Birliyi (AİİB) məsələ ilə əlaqədar AR Səhiyyə Nazirliyinə, Vergilər Nazirliyinə, İqtisadiyyat Nazirliyinə rəsmi müraciətlər göndərib.
Alim