Sosial

Qlobal Gənc Liderlər Forumunda qadın, kişi liderliyi müzakirə olunub

22 Avqust 2017 13:41

Qlobal Gənc Liderlər Forumu avqustun 22-də öz işini panel iclasları ilə davam etdirib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, iclaslarda “Qadın və kişilər fərqli şəkildə liderlik edirmi?”, “Mədəniyyətlər fərqli şəkildə yönləndirir?”, “Nəyi mənimsəyib nəyi öyrənə bilərik?” sualları ətrafında müzakirələr aparılıb.

Əraziyə tibbi tullantılar atıldı

22 Avqust 2017 13:39

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi nəzarət etdiyi inzibati ərazilərdə (Şəki, Qax, Balakən, Zaqatala) ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib.  “Olaylar” – a bildirilib ki, keçirilən reyd zamanı Şəki rayonu “Qumux dərəsi” adlanan ərazidə tibbi tullantıların qalaqlandığı aşkar edilib. 

Həmyerlisini bir yumruqla öldürdü

22 Avqust 2017 13:35

Bakıda qeyri-adi qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, avqustun 14-də Qaradağ rayonnunu Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Ruslan Dəmirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşları tərəfindən aparılan araşdırma nəticəsində məlum olub ki, qəsəbə ərazisində R. Dəmirovla həmyerlisi Murad Zəkiyev arasında münaqişə baş verib. M. Zəkiyevin R. Dəmirovun sinə nahiyəsinə yumruqla vurması nəticəsində sonuncu yıxılaraq ölüb. Əməliyyat-axtarış tədbirləri ilə M. Zəkiyev tutulub.

İnvestorların hərraclarda iştirakı sadələşdirilir

22 Avqust 2017 13:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərman və tapşırıqlarına əsasən daşınmaz əmlakın özəlləşdirilməsi və  idarə edilməsinin səmərəliliyinin artırılması, sosial innovasiyaların tətbiqi, bu sahədə şəffaflığın təmin edilməsi  və vətəndaş məmnunluğunun yüksəldilməsi istiqamətində daim yeniliklər edilir.

Ölkəmizə səfər edən ərəblərin sayı açıqlandı

22 Avqust 2017 13:27

2017-ci ilin yanvar-iyun ayları ərzində dünyanın 139 ölkəsindən 1 milyon 203,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycana gəlib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz çox artım var. 

"Gənclər üçün Krizis telefon xətti" istifadəyə verilib

22 Avqust 2017 13:22

Gənclərə mütəxəssislər tərəfindən anonim psixososial dəstək göstərilməsi məqsədi ilə  “Krizis telefon xətti”nin işi bərpa edilib. GİN-in mətbuat katibliyindən “OLAYLAR”-a bildirilib ki, artıq gənclər 510-66-36 nömrəli telefon nömrələrinə zəng etməklə onları narahat edən sualları mütəxəssislərə ünvanlaya bilərlər. Fəaliyyət göstərən xidmətin əsas məqsədi böhran (krizis) vəziyyətinə düşmüş yeniyetmə və gənclərə ilkin psixososial yardım göstərməkdir. Burada qeyd etmək yerinə düşər ki, krizis vəziyyətinə düşmənin müxtəlif səbəbləri  ola bilər ki, onlar arasında da,  gəncə qarşı zorakılıq, yaxın adamın itirilməsi, alkoqola, narkotiklərə alüdəçilik, ağır, sağalmaz xəstəlik haqqında diaqnoz, sevdiyi adamla münasibətlərin kəsilməsi, ayrılıq, ailədaxili münaqişələr və s yer alır.  Krizisə vaxtında müdaxilənin edilməməsi gənc tərəfindən qeyri-adekvat addımların atılmasına gətirib çıxara bilər, məsələn, başqasına və özünə qəsd, psixoaktiv maddələrdən istifadə və s buna şamil edilə edilər.

Biləcəri stansiyasında mühüm dəyişiklik

22 Avqust 2017 13:20

Avqustun 22-dən sentyabrın 26-dək olan tarix müddətində Bakıdan yola düşən ölkədaxili sərnişin qatarlarına, eləcə də Bakı -Sumqayıt və Bakı -Yalama elektrik qatarlarına minik Biləcəri stansiyasında - “Meydan” adlanan tərəfdə aparılacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, buna səbəb Biləcəri- Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı 35 gün müddətində “Texniki fasilə”nin verilməsidir.

Türkdilli Millətlərin Gənclik Düşərgəsi keçirilib

22 Avqust 2017 13:12

Türkiyənin Antalya şəhərində Türkiyə Konsulluğunun təşkilati dəstəyi ilə Türkdilli Millətlərin Gənclik Düşərgəsi keçirilib. “OLAYLAR” -ın "İrəli" İctimai Birliyinə istinadən verdiyi xəbərə görə, düşərgədə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistandan 150-ə yaxın gənc iştirak edib. Müxtəlif mövzularda oyunlar, türkdilli millətlərin problemləri, eyni mədəniyyət, dillələri ilə bağlı müxtəlif seminalar keçirilib. Azərbaycandan düşərgədə 11 iştirakçı qatılımışdır. "İRƏLİ" İctimai Birliyinin Beynəlxalq Əlaqələr Katibi Anar Qurbanov düşərgədə iştirak edib.

Düşmən helikopterini məhv edən hərbçimiz ordudan getdi

22 Avqust 2017 13:10

Erməni helikopterini məhv etməklə məşhurlaşan hərbçimiz ordudan gedib. “Olaylar” xəbər verir ki, bu barədə İlkin Muradovun özü Femida.az -a məlumat verib. O, Silahlı Qüvvələrdən getməsini müddətinin bitməsi ilə əlaqəli olduğunu bildirib. “Bundan sonra mülki həyatda Vətənə xidmət edəcəyəm”, deyən çavuş bu illərdə orduda xidmət etməyindən qürurlandığını da bildirib.

Tanınmış aşığın adı TORPAQ QALMAQALINDA - Sakinləri məhkəməyə verdi

22 Avqust 2017 13:05

Aşıq Ulduzun adı Binəqədi rayon sakinləri ilə torpaq qalmaqalında hallanır. Mediada yayılan məlumata görə, Binəqədi rayonu S.S. Axundov 3 a ünvanında yaşayan vətəndaşlar 30 ildən çoxdur istirahət üçün istifadə etdikləri yaşıllıq ərazinin Aşıq Ulduz tərəfindən zəbt edildiyini bildiriblər. Sakinlərin sözlərinə 30 ildən çoxdur ki, həmin sahə boş bir ərazi olduğunudan orda ağaclar əkərək yaşıllıq zonası salıblar. İllərlədi ki,bu kiçik ərazini də istirahət yeri kimi istifadə edirlər. Sakinlər deyir ki, ərazi Ulduz Quliyeva tərəfindən hasara alınaraq bağlanıbmış. Lakin onlar tikinti işçilərinə mane olaraq bu hasaralınmanın qarşısını alıblar. İndi isə Ulduz Quliyeva bina sakinlərini məhkəməyə verib. Onların sözlərinə görə, aşığın oğlu Fuad Quliyev sakinləri hədələyir.

Bakıda avtoxuliqanlıq edən sürücünü saxlanılıb

22 Avqust 2017 12:53

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) əməkdaşları paytaxt ərazisində polisin qanuni “saxla” əmrinə tabe olmayaraq, avtoxuliqanlıq edən və bununla da başqa hərəkət iştirakçılarının həyatına ciddi təhlükə yaradan sürücünü saxlayıb.

Namaz qıldığı üçün işdən qovulduğu iddia edilən ofisiantla bağlı AÇIQLAMA: "Namaz otağında yatıb"

22 Avqust 2017 12:48

Ötən gün Azərbaycanda fəaliyyət göstərən “Xezine Palace” şadlıq sarayında Vüqar adlı ofisiantın toy zamanı namaz qıldığı üçün işdən çıxarıldığı haqda xəbər yayımlanıb.

Hava günəşli olacaq

22 Avqust 2017 12:17

Avqustun 23-də Bakı və Abşeron yarımadasında hava günəşli olacaq. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. ETSN-dən  verilən məlumata görə, havanın temperaturunun gecə 23-26° isti, gündüz 32-37° isti, Bakıda gecə 24-26° isti, gündüz 35-37° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 40-45 % olacaq.

Dünyanın hərbi cərrahları Bakıya yığışacaqlar

22 Avqust 2017 12:14

2017-ci ilin 13-17 avqust tarixlərində İsveçrənin Bazel şəhə­rində Beynəlxalq Cərrahiyyə Cəmiyyətinin (International Society of Surgery, ISS) 47-ci Ümumdünya Cərrahiyyə Konqresi keçirilib. Konqresə üzv olan 6 elmi-tibbi Cəmiyyətin (APIMSF, ASAP, BSİ, IAES, IASMEN, IATSIC) iştirakı ilə müasir elmi proqramlar təşkil olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, Konqresdə ölkəmizi Cəmiyyətin həqiqi üzvü, Azərbaycan Res­publlika­sının əməkdar həkimi, Dövlət Sər­həd Xidməti hərbi hos­pitalının rəisi tibb xidməti polkovnik-leyte­nantı Kənan Yusifzadə təmsil edib.

"Qorxub pulu tullamışam" - Keçmiş həyat yoldaşı ilə 15 min oğurlayan şəxs - VİDEO

22 Avqust 2017 12:05

Paytaxtın Yasamal rayon sakini ərazi üzrə 27-ci polis bölməsinə müraciət edərək, mənzilindən 12 min manat, 1800 dollar və qızıl-zinyət əşyalarının oğurlanması ilə bağlı məlumat verib.