Biləcəri stansiyasında mühüm dəyişiklik
Avqustun 22-dən sentyabrın 26-dək olan tarix müddətində Bakıdan yola düşən ölkədaxili sərnişin qatarlarına, eləcə də Bakı -Sumqayıt və Bakı -Yalama elektrik qatarlarına minik Biləcəri stansiyasında - “Meydan” adlanan tərəfdə aparılacaq. Bu barədə məlumat “OLAYLAR”-a “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, buna səbəb Biləcəri- Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı 35 gün müddətində “Texniki fasilə”nin verilməsidir.
22 Avqust 2017 13:20 SosialAvqustun 22-dən sentyabrın 26-dək olan tarix müddətində Bakıdan yola düşən ölkədaxili sərnişin qatarlarına, eləcə də Bakı -Sumqayıt və Bakı -Yalama elektrik qatarlarına minik Biləcəri stansiyasında - "Meydan" adlanan tərəfdə aparılacaq. Bu barədə məlumat "OLAYLAR"-a "Azərbaycan Dəmir Yolları" QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, buna səbəb Biləcəri- Keşlə mənzilinin cüt yolunda aparılan təmir işləri ilə bağlı 35 gün müddətində "Texniki fasilə"nin verilməsidir.