Dünyanın hərbi cərrahları Bakıya yığışacaqlar
2017-ci ilin 13-17 avqust tarixlərində İsveçrənin Bazel şəhərində Beynəlxalq Cərrahiyyə Cəmiyyətinin (International Society of Surgery, ISS) 47-ci Ümumdünya Cərrahiyyə Konqresi keçirilib. Konqresə üzv olan 6 elmi-tibbi Cəmiyyətin (APIMSF, ASAP, BSİ, IAES, IASMEN, IATSIC) iştirakı ilə müasir elmi proqramlar təşkil olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Olaylar”a verilən məlumata görə, Konqresdə ölkəmizi Cəmiyyətin həqiqi üzvü, Azərbaycan Respubllikasının əməkdar həkimi, Dövlət Sərhəd Xidməti hərbi hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə təmsil edib.
22 Avqust 2017 12:14 Sosial2017-ci ilin 13-17 avqust tarixlərində İsveçrənin Bazel şəhərində Beynəlxalq Cərrahiyyə Cəmiyyətinin (International Society of Surgery, ISS) 47-ci Ümumdünya Cərrahiyyə Konqresi keçirilib. Konqresə üzv olan 6 elmi-tibbi Cəmiyyətin (APIMSF, ASAP, BSİ, IAES, IASMEN, IATSIC) iştirakı ilə müasir elmi proqramlar təşkil olunub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən "Olaylar"a verilən məlumata görə, Konqresdə ölkəmizi Cəmiyyətin həqiqi üzvü, Azərbaycan Respubllikasının əməkdar həkimi, Dövlət Sərhəd Xidməti hərbi hospitalının rəisi tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə təmsil edib.
Konqresdə "Ambruaz Pare adına Beynəlxalq Hərbi Cərrahiyyə Cəmiyyəti" ("Ambroise Pare İnternational Military Surgery Forum" (APIMSF)) geniş fəaliyyət göstərmiş, hərbi cərrahiyyəyə aid, fəlakət zonalarında cərrahiyyənin tətbiqi, müasir günün terror hücumlarına qarşı mübarizədə cərrahiyyə, sülh dövründə hərbi cərrahların fəaliyyəti, lokal konfliktlərdə hərbi cərrahların rolu kimi mövzularda maraqlı təqdimatlar dinlənilmişdir. Xarici həmkarları ilə bərabər tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə sessiyalarda sədrlik etmişdir. Konqres zamanı Cəmiyyətin prezidenti Almaniyalı professor tibb xidməti polkovniki Kristian Uilli öz fəaliyyətini başa vurmuş və növbəti iki il üçün Konqresin prezidenti tibb xidməti polkovnik-leytenantı Kənan Yusifzadə seçilmiş və Beynəlxalq Hərbi Cərrahiyyə Cəmiyyətinin növbəti konqresinin 2018-ci ilin aprel ayında Bakı şəhərində keçirilməsi barədə qərar qəbul olunmuşdur.
.