Qlobal Gənc Liderlər Forumunda qadın, kişi liderliyi müzakirə olunub

Qlobal Gənc Liderlər Forumu avqustun 22-də öz işini panel iclasları ilə davam etdirib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, iclaslarda “Qadın və kişilər fərqli şəkildə liderlik edirmi?”, “Mədəniyyətlər fərqli şəkildə yönləndirir?”, “Nəyi mənimsəyib nəyi öyrənə bilərik?” sualları ətrafında müzakirələr aparılıb.

Qlobal Gənc Liderlər Forumu avqustun 22-də öz işini panel iclasları ilə davam etdirib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"-a bildirilib ki, iclaslarda "Qadın və kişilər fərqli şəkildə liderlik edirmi?", "Mədəniyyətlər fərqli şəkildə yönləndirir?", "Nəyi mənimsəyib nəyi öyrənə bilərik?" sualları ətrafında müzakirələr aparılıb. Ukraynanın sabiq birinci xanımı, NGBM-in üzvü Katerina Yuşenkonun moderatorluğu ilə keçirilən panel iclasda Bolqarıstanın sabiq Prezidenti NGBM-in üzvü Rosen Plevneliev, Avropa İttifaqının Liviyadakı keçmiş səfiri Farida Allaghi çıxış ediblər. Katerina Yuşenko qadın və kişi təbiətinin onların liderlik bacarıqlarına olan təsirindən danışıb. O bildirib ki, qadınlar daha çox iqtisadi inkişafın hərəkətverici qüvvəsi kimi fəaliyyət göstərir. Rosen Plevneliev prezidentliyi dövründə qadınların hakimiyyət strukturlarında təmsil olunması haqqında danışıb. O, bir çox ölkələrdə, təşkilatlarda qadınların liderlik təcrübəsi ilə bağlı fikirlərini bölüşüb. Farida Allaghi Səudiyyə Ərəbistandakı qadınların vəziyyətinə toxunub, müasir qadınların nailiyyətlərinin kişilərə nisbətən daha çox olduğunu bildirib. O, müxtəlif mədəniyyətlərdə uşaqların tərbiyəsinə münasibətin fərqli olduğunu vurğulayıb. F.Allaghi kişilərin hökmran ruhda böyüdülməsinin bəzi hallarda qadınların hüuqularının pozulması, yaxud məhdudlaşdırılması üçün psixoloji zəmin yaratdığını bildirib. Sabiq səfir vurğulayıb ki, bu gün əksər universitetlərdə alimlərin 70 faizini qadınlar təşkil edir. Səudiyyə Ərəbistanında, Küveytdə sahibkarların əksəriyyəti qadınlardı. Sonda gənc liderlərin sualları cavablandırılıb və panel iclası müzakirələrlə öz işini davam etdirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31