Sosial
İlan, əqrəb, qaraqurd sancmalarının statistikası - 79 nəfər qurban
Azərbaycanda aprel ayından sentyabrın əvvəlinədək 68 nəfər ilan, 8 nəfər əqrəb sancma diaqnozu ilə xəstəxanaya müraciət edib. Bunu özəl olaraq Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Dilqəm Əsgərov barədə MÜƏMMA - Huquq müdafiçəsi yeni İDDİA səsləndirdi
Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri (BQXK) Dağlıq Qarabağ münaqişəsi nəticəsində tərəflərdə saxlanılan şəxslərlə görüşüblər. BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova bildirib ki, təmsil etdiyi qurumun nümayəndələri avqust ayı ərzində Dağlıq Qarabağ münaqişəsi nəticəsində saxlanılan şəxslərə baş çəkib. Onlardan ailələrinə çatdırılması üçün məlumatlar alınıb və ailələrindən məlumatlar verilib.
Xaricdə təhsil alan 900-ə yaxın vətəndaşın diplomu Azərbaycanda tanınmayıb
Son bir ildə xaricdə təhsil alan 900-ə yaxın vətəndaşın diplomu Azərbaycanda tanınmayıb. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi Samir Vəliyev açıqlamasında bildirib ki, idarənin bir illik fəaliyyəti dövründə 3000-dən çox vətəndaş sənədlərinin nostrifikasiyası (Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi) ilə bağlı müraciət edib. Onlardan təxminən 33%-dən imtina edilib və həmin şəxslərin diplomları tanınmayıb.
Yolu keçən piyada avtomobilin altında qalıb
Masallı rayonunun Türkoba kəndində “QAZ-3221” markalı avtomobillə kənd sakini vurulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, sentyabrın 4-də saat 20 radələrində Masallı rayonunun Türkoba kəndində Lənkəran rayon sakini Elçin Nəsirov idarə etdiyi “QAZ-3221” markalı avtomobillə yolu keçən kənd sakini Zəhra Rzayevanı vurub və nəticədə piyada hadisə yerində ölüb. Masallı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Şimal Buzlu Okeanının insanlara verdiyi mükəmməl dərs - BU GÖRÜNTÜLƏR SEHRLİDİR
Sivilizasiyaya qovuşduqdan bu yana insan oğlu təbiəti çirkləndirməyə davam edir. Nə qədər pis, faciəvi hadisələr yaşasa da, bir müddət sonra hər şeyi unudub yenidən bu zərərli vərdişi təkrarlayır.
Xidmət rəisi Şəkidə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov sentybarın 21-də Xidmətin Şəki rayon şöbəsində Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarının sakinlərinin qəbulunu həyata keçirəcək. “OLAYLAR”-ın xəbərinə görə, qəbula yazılmaq istəyən vətəndaşların 18.09.2017-ci il tarixədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adları qeyd olunan rayon şöbə, bölmələrinə müraciət etmələri və qeydiyyatdan keçmələri zəruridir.
İcra başçısı sahibkarın ürəyini-PARTLATDI + FOTO
İdeal valideyn kimdir?
Uşaqları ilə münasibətdə heç bir problem yaşamayan, ancaq öz aralarında ciddi problemlərlə üz-üzə qalan valideynlərin sayı kifayət qədərdir. Belə ailədə olan uşaqlar valideynləri ilə “yaxşı vaxt keçirsələr də”, ata-anaları arasındakı gərginlikdən də öz paylarını alırlar. Elə isə ideal valideynlik üçün ideal ünsiyyətin əhəmiyyəti nədir?
İstilər yenidən qayıdır
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz keçəcək. Şimal küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 21-25° isti, gündüz 29-34°, Bakıda gecə 22-24°, gündüz 32-34° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək.
"Volkswagen Passat" 8 min manata özəlləşdirilib
Sentyabrın 5-də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a verilən məlumata görə, hərracda özəlləşdirilən əmlaklardan 3-ü kiçik dövlət müəssisəsi, 1-i istifadəsiz qeyri yaşayış sahəsi, 6-sı isə nəqliyyat vasitəsidir. Özəlləşdirilən əmlaklar Bakı şəhərində yerləşir. Bu dəfə də nəqliyyat vasitələri üzrə hərrac rəqabətli mühitdə keçib. Belə ki, ilkin start qiyməti 6 min manata olan "Volkswagen Passat" markalı nəqliyyat vasitəsi 8 min manata özəlləşdirilib.
Deputatlarımız AŞ PA-nın tədbirinə qatılıblar
Parisdə Avropa Şurası Parlament Assambleyası Bürosunun, Hüquqi məsələlər və insan hüquqları, Siyasi işlər və demokratiya, həmçinin Monitorinq komitələrinin iclasları keçirilir.
Mədəniyyət və Turzim Baş İdarəsi “N” saylı hərbi hissədə tədbir keçirib
Mədəniyyət və Turzim Baş İdarəsinin təşkilatçılığı ilə Ədliyyə Nazirliyinin “N” saylı hərbi hissəsində tədbir keçirilib. “Olaylar” bildirir ki, konsertdə hərbi hissənin əsgər və zabit heyəti iştirak ediblər. Tədbirdə Niyam Səlaminin və Səidə Sultanın çıxışları əsgər və zabitlər tərəfindən alqışlarla qarşılanıb.Müğənnilərin ifası onlarda xoş əhval-ruhiyyə yaradıb.
Məktəbəhazırlıq qruplarına 14948 uşaq qeydiyyatdan keçib
Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 14948 ərizənin onlayn qeydiyyatı aparılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, idarənin tabeliyindəki ümumi təhsil müəssisələrində 2017-2018-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 1-dən başlanmış elektron qeydiyyat prosesi sentyabrın 18-dək davam edəcək.
İlanın qarnından çıxanlar hər kəsi şoka saldı - FOTO
Qəbələdəki meşə yanğınlarının yaşayış məntəqələrinə təhlükəsi varmı? - İcra Hakimiyyətindən AÇIQLAMA
Qəbələ rayonu ərazisində davam edən meşə yanğını lokallaşdırılıb. Rayon Fövqəladə Hallar Komissiyasının sədri Abil Ağasəfov deyib. Qurum rəsmisi bildirib ki, sentyabrın 4-ü axşam saatlarında yanğının qarşısı alınıb: "Yanğın tam lokallaşdırılıb. Bu gün səhər saatlarından meşədə olan tüstülənmə sahələri tam nəzarətə götürülüb. Hazırda həmin ərazilər nəzarətdədir. Yanğının yenidən başlanması təhlükəsi yoxdur".














