İcra başçısı sahibkarın ürəyini-PARTLATDI + FOTO

Göyçay rayonunda icra başçısı ilə konflikti olan sahibkar ürək tutmasından vəfat edib. 

Vətəninfo.az unikal.org-a istinadən məlumat verir ki, "AVA-N" MMC-nin direktoru Mövsüm Muradov bayram günü qurban kəsib payladıqdan sonra ürəyi dayanıb.

Bir müddət əvvəl Göyçay İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin göstərişi ilə M.Muradovun rəhbərlik etdiyi bazarın əsas giriş qapılarının sökülərək qapadılması səbəbindən narazılıq yaranmışdı.

Bazarda işləyən ticarətçilər buna etiraz olaraq aksiya keçirmişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00