Sosial
Siyasi plüralizmin Azərbaycan nümunəsi
Azərbaycanın müstəqillik əldə etməsilə demokratik təsisatların formalaşması prosesinə start verilib. Demokratiyanın təməl prinsiplərindən olan söz, məlumat, fikir, vicdan azadlıqları kimi fundamental insan hüquqlarının inkişafı məqsədilə lazım olan bütün addımlar atılıb. Paralel olaraq siyasi plüralizmin bərqərar olunması prioritet məsələ kimi qəbul edilib.
Kolumbiyalı yazıçı tələbələrə mühazirə söylədi
Sentyabrın 26-da Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Kolumbiyadan olan alim, yazıçı Konrado Zuaqo və Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Marta Qalindo ilə görüşüb. Qonaqları salamlayan Kamal Abdulla Konrado Zuaqonun ADU-ya gəlişini yüksək qiymətləndirdiyini bildirib və qonağa təşəkkür edib. Dünya şöhrətli kolumbiyalı yazıçı, jurnalist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin yaradıcılığından söhbət açan Kamal Abdulla qeyd edib ki, Azərbaycan ədəbiyyatsevərləri Markesin demək olar ki, bütün əsərləri ilə tanışdırlar.
Vüqar Qaradağlı ATV-dən qovuldu
Təhsil naziri vətəndaşları qəbul edəcək
Təhsil naziri Mikayıl Cabbarov sentyabrın 29-da Sumqayıt şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Abşeron, Zəngilan, Kəlbəcər rayon və Sumqayıt şəhər sakinlərini qəbul edəcək.
"Kürdüstan"ın elan edilməsi Türkiyənin cənub sərhəddinə sədd çəkmək deməkdir
"Kürdüstan" elan olunarsa Suriyanın şimalını işğal edən PKK/PYD-in əraziləri de-fakto "Kürsdüstan"a daxil ediləcək. Və beləcə "kürd dəhlizi'nin yaranması an məsələsi olacaq”.
Narkomanlar məcburi müalicəyə göndəriləcəklər
Cinayət Məcəlləsinə yeni 74-1 maddəsinin (Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad etmə) əlavə edilməsi təklif olunur.“Olaylar”ın məlumatına görə, yeni maddəyə əsasən, məcəllənin 234.1-ci maddəsində (234.1. Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır) nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində məhkəmə tərəfindən bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirlər tətbiq edilir. Həmin şəxsin tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edildikdə, məhkəmə şəxsi cinayət məsuliyyətindən azad edir.
İsveç və Yaponiya universitetlərində "Azərbaycan multikulturalizmi" fənni tədris olunacaq
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin "Azərbaycan multikulturalizmi" fənni respublikamızın 42, dünyanın 15 aparıcı universitetində tədris edilir. “Olaylar” bildirir ki, oktyabr ayından başlayaraq bu sıraya daha iki xarici ölkənin nüfuzlu universiteti də əlavə olunur. Bunlardan birincisi İsveçin Malmö Universitetidir. Oktyabr ayından dekabrın sonunadək davam edəcək “Azərbaycan multikulturalizmi” fənnini Malmö Universitetinin Mədəniyyət və Cəmiyyət fakultəsində Bakı Dövlət Universitetinin professoru Kazım Əzimov tədris edəcək.
Vətən sevgisinin Aprel təntənəsi
Bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının təsdiq olunması ölkənin çoxminli gənclər ordusu tərəfindən müsbət qarşılanıb. Əksəriyyət gənclər təşkilatlarının mövqeyi ondan ibarət olub ki, növbəti 5 il üçün nəzərdə tutulan proqram gənclərə yeni-yeni imkanlar açacaq, onlara ölkənin ictimai-siyasi həyatındakı rolunu artırmaq imkanları verəcək. Eyni zamanda bu proqram gənclər sahəsində mövcud olan bəzi problemlərin aradan qaldırılmasında da mühüm əhəmiyyət kəsb edəcək.
DİN: Bakıda saxlanılan cinsi azlıqlardan 16 nəfərində QİÇS və sifilis aşkarlanıb
Bakıda paytaxt sakinlərinin çoxsaylı müraciətləri əsasında polisin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılan cinsi azlıq nümayəndələri məcburi həkim müayinəsinə cəlb ediliblər. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, müayinələr tam başa çatmasa da, ilkin nəticələr ciddi narahatlığın olduğunu göstərir.
Haqqı danılmaz, xidmətləri unudulmaz müəllim...
Qayıtmaz Əmikişi oğlu Abasov15 avqust 1922-ci ildə Bozayran kəndində anadan olmuşdur.1931-ci ildə keçmiş Vərgədüz rayonundakı Yardımlı kəndində 1-ci dərəcəli Şura zəhmət məktəbinin birinci sifinə qəbul edilmiş, 1941-ci ildə sonradan M.F.Axundovun adı verilmiş həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1941-ci il iyun ayının 22-də Rayon Partiya Komitəsinin göndərişi ilə instituta göndərilmiş, lakin müharibə başlandığına görə geri çağrılmış, ali təhsilini davam etdirə bilməmişdir.
İslamda təfriqə yaratmaq cəhdləri
Son zamanlar istər Qərbdən, istərsə də Qərbin dəstəyi ilə yaradılan radikal dini qruplaşmalar tərəfindən İslam dinini gözdən salmağa, onu aşağılamağa yönəlik cəhdlər olur. Bəzən İslam vəhşi bir din kimi qələmə verilir, bəzən isə İslamda təfriqə yaratmağa, təxribat törətməyə hesablanmış suallar ortaya atılır. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov da deyir ki, bəzən İslam dininin düşmənləri müsəlmanlara belə bir sual yönləndirirlər.
“Orta məktəblərdə idman dərslərinin keçirilməsinə barmaqarası baxılır”
Dövlətimizin prioritet sahələrin inkişafına hesablanan siyasi istiqamətlərindən biri də gənclər siyasətidir. Gənclərə diqqət və qayğı ilbəil daha da artır və konkret nəticələrlə müşahidə olunur. Respublikamızda ordu quruculuğunun, vətənpərvərlik tərbiyəsinin, sosial rifahın gücləndirilməsinə istiqamətlənən siyasət birbaşa gənclər sektorunun da inkişafına təsirsiz ötüşmür və öz müsbət rolunu oynayır.
Avtomobilin yanacaq çənində pirotexniki vasitələr aşkar olunub
Avtomobilin yanacaq çənində gizlədilən pirotexniki vasitələr gömrükdə aşkar olunub. Dövlət Gömrük Komitəsindən “Olaylar” verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun gömrük nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı avtomobilə gömrük baxışı keçirilib.Yoxlama zamanı avtomobilin yanacaq çəninin içərisində xüsusi olaraq düzəldilən gizli saxlanc yerindən, arxa oturacağın içərisindən və arxa şüşənin örtüyünün altından gömrük nəzarətindən gizlədilən 1380 ədəd "K0201" pirotexniki vasitə aşkar edilib. Faktla bağlı araşdırma aparılır. .
Azərbaycanda oğurluqla bağlı sanksiyalar dəyişdirilir
Cinayət Məcəlləsinin 177-ci maddəsinə (Oğurluq) dəyişikliklər edilir. “Olaylar”ın məlumatına görə, Məcəlləyə yeni bənd – 177.4 əlavə edilir.Yeniliyə əsasən, özgənin əmlakını gizli olaraq talamaq əməlinə görə və eyni əməllər, mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə 12 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzalandırılır.














