Kolumbiyalı yazıçı tələbələrə mühazirə söylədi

Sentyabrın 26-da  Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Kolumbiyadan olan alim, yazıçı Konrado Zuaqo və Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Marta Qalindo ilə görüşüb. Qonaqları salamlayan Kamal Abdulla Konrado Zuaqonun ADU-ya gəlişini yüksək qiymətləndirdiyini bildirib və qonağa təşəkkür edib. Dünya şöhrətli kolumbiyalı yazıçı, jurnalist, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Qabriel Qarsiya Markesin yaradıcılığından söhbət açan Kamal Abdulla qeyd edib ki, Azərbaycan ədəbiyyatsevərləri Markesin demək olar ki, bütün əsərləri ilə tanışdırlar.

İtalyan filosofu, dünya şöhrətli yazıçı Umberto Eko ilə görüşündən danışan Kamal Adbulla həmin görüşdə də Markes haqqında müzakirə apardıqlarını da qeyd edib.
Universitetdəki "Səfir saatı" haqqında qonaqlara məlumat verən Kamal Abdulla Marta Qalindonu ADU-da tələbələrə mühazirə deməyə dəvət edib. Marta Qalindo təklifi müsbət qiymətləndirdiyini söyləyərək, tələbələrə mühazirə deməkdən məmnun olacağını diqqətə çatdırıb. Yüksək qonaqpərvərliyə görə universitet rəhbərliyinə öz təşəkkürünü bildirən Konrado Zuaqo belə bir universitetdə olmaqdan şərəf hissi duyduğunu söyləyib. Zuaqo ümumi dəyərlərimizin olması barədə rektorun səsləndirdiyi fikirlərlə razı olduğunu bildirərək, əlavə edibki, "Əli və Nino" əsəri ilə tanış olduqdan sonra bu qənaəti daha da möhkəmlənib. O, "Əli və Nino"nun daha yüksək münasibətə layiq olduğunu söyləyib. Görüşdən sonra Konrado Zuaqo ADU tələbələrinə Qabriel Qarsiya Markes haqqında ispan dilində mühazirə deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00