Sosial
Soyğunçuluqla bağlı maddə dəyişdirilir
Cinayət Məcəlləsinin 180-ci maddəsinə (Soyğunçuluq) dəyişikliklər edilir.“Olaylar”ın məlumatına görə, Məcəllənin 180.1.-ci maddəsinə edilən dəyişikliyə görə, soyğunçuluq, yəni özgənin əmlakını açıq talama—iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılacaq.
Hərbi xidmət əleyhinə cinayətlərə görə cəzalar dəyişdirilir
Cinayət Məcəlləsinin 50-ci maddəsinə ( Hərbi xidmət üzrə məhdudlaşdırma) maddəsinə dəyişikliklər edilir.“Olaylar” ın məlumatına görə, 50.1-ci maddəyə edilən dəyişikliyə görə, Hərbi xidmət üzrə məhdudlaşdırma hərbi xidmət əleyhinə cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallarda, habelə başqa cinayət törətməyə görə məhkum olunmuş hərbi qulluqçulara bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş islah işləri əvəzinə iki aydan iki ilədək müddətə tətbiq edilir.
Turanın verilişi bağlandı, özü ATV-dən çıxarıldı…
Hər gün səhər saat 08:00-da ATV kanalında efirə gedən “ATV Səhər” proqramı bu gün yayımlanmayıb. Verilişin əvəzinə efirə İlqar Mikayıloğlunun aparıcılıq etdiyi “İlqarla bir gün” verilişi gedib.
Kamal Abdullaya Ural Federal Universitetinin fəxri doktoru adı verildi
Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla Ural Federal Universitetinin fəxri doktoru adına layiq görülüb. “Olaylar” bildirir ki, sentyabrın 14-də Ural Federal Universitetinin Xarici regionşünaslıq kafedrası Kamal Abdullaya fəxri doktor adının verilməsi üçün eyniadlı universitetin Ural Humanitar İnstitutu qarşısında məsələ qaldırıb.
77 mindən artıq sürücü cərimələndi - SƏBƏB
Son günlər təhlükəsizlik kameralarının avtomobil idarə edərkən kəmərdən istifadə etməyən sürücüləri qeydə alması və elektron protokol tərtib edilərək cərimələnmələri gündəmə gəlib. Kamera vasitəsilə protokollaşdırmanın sayının artması bu mövzunu müzakirəyə çıxarıb.
Azərbaycan Gənc Liderlər Forumunda təmsil olunub
Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında MDB, Gürcüstan və Baltika ölkələrinin gənc liderlərinin forumu keçirilib. “OLAYLAR” -a "İrəli" İctimai Birliyinin mətbuat xidmətindən bildirilib ki, tədbiri giriş sözləri ilə Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixayıl Şvıdkoy açaraq belə tədbirlərin xalqların inteqrasiyasindakı roluna toxunmuşdur.
“İş yerinə dair arayış” elektron xidmətinə 670 minə yaxın müraciət qeydə alınıb
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İş yerinə dair arayış” elektron xidmətinin vətəndaşlara işəgötürənlərinə müraciət etmədən və istənilən vaxt elektron qaydada öz iş yerləri haqqında arayış əldə edə bilmələrinə imkan verməsi bu e-xidmətdən istifadə statistikasının getdikcə artmasına səbəb olur.
Gədəbəydə ata-anasını qətlə yetirən şəxs tutulub
Gədəbəydə ata-anasını qətlə yetirən şəxs tutulub. Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Şöhrət Məsimovun rayonun Dəyirmandağ kəndi ərazisində Qarabağlılar adlanan ərazidə köhnə tikilidə gizləndiyi məlum olub və o həmin yerdə tutulub.
"Sovetski"də gələn ilə qədər söküntü işləri aparılmayacaq
"Bakının “Sovetski” adlanan ərazisində hazırkı mərhələdə gələn ilə qədər yəqin ki, söküntü işləri aparılmayacaq. Gələn il üçün proqram hazırlanır. Ona görə də indidən dəqiq nəsə demək mümkün deyil”.
Xızıda silah anbarında partlayış nəticəsində ziyan dəymiş evlərin bərpasına başlanır
“Xızıda Müdafiə Nazirliyinin silah-sursat anbarında baş vermiş partlayış nəticəsində vətəndaşlara dəyən ziyan hesablanıb”. Bunu baş nazirin müavini Abid Şərifovdeyib. O bildirib ki, gələn həftədən ziyan dəymiş evlərin bərpasına başlanacaq: “Bir-iki ay ərzində işlər yekunlaşmalıdır. Eyni zamanda, 5 ev sökülüb yenidən tikilməlidir”. A. Şərifov qeyd edib ki, hadisə ilə bağlı yaradılmış Dövlət Komissiyası işini yekunlaşdırmayıb, hadisənin baş vermə səbəbi araşdırılır.
Təhsil Nazirliyi: Məktəbəqədər təhsilin yeni formalarının təşkili və icra mexanizmi hazırlanmalıdır
"Azərbaycanın bəzi ərazilərində ailə tipli, icma əsaslı məktəbəqədər təhsil müəssisələrinin yaradılmasına ehtiyac var". Bunu Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov deyib. O bildirib ki, ailə tipli, icma əsaslı məktəbəqədər müəssisələrin yaradılması ilə bağlı məsələ yeni qəbul edilən “Məktəbəqədər təhsil haqqında” qanunda da öz əksini tapıb.
Dəyişən imtahan qaydaları əvvəlki ilin məzunlarına necə şamil olunacaq?
Dövlət İmtahan Mərkəzində Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, DİM-in digər məsul işçiləri ilə təhsil nazirinin müavini Ceyhun Bayramovun başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. Görüşdə 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni modelinin yekun müzakirəsi keçirilib və ümumi razılıq əldə edilib.
Direktor müavini işdən azad olundu
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan S.Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbinin tədris işləri üzrə direktor müavini Zeynalova Əfşan Qeysər qızı İdarənin müvafiq əmri ilə tutduğu vəzifədən azad olunub. Qeyd edək ki, İdarənin tabeliyində olan musiqi məktəblərində yeni 2017-2018-ci tədris ilində əmək fəaliyyətinin iş prinsiplərinə uyğun səmərəli qurulması, nizam-intizam qaydalarına riayət edilməsi məqsədi ilə bağlı kadr dəyişiklikləri aparılır.














