Azərbaycan Gənc Liderlər Forumunda təmsil olunub
Rusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında MDB, Gürcüstan və Baltika ölkələrinin gənc liderlərinin forumu keçirilib. “OLAYLAR” -a "İrəli" İctimai Birliyinin mətbuat xidmətindən bildirilib ki, tədbiri giriş sözləri ilə Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixayıl Şvıdkoy açaraq belə tədbirlərin xalqların inteqrasiyasindakı roluna toxunmuşdur.
26 Sentyabr 2017 12:50 SosialRusiya Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyasında MDB, Gürcüstan və Baltika ölkələrinin gənc liderlərinin forumu keçirilib. "OLAYLAR" -a "İrəli" İctimai Birliyinin mətbuat xidmətindən bildirilib ki, tədbiri giriş sözləri ilə Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixayıl Şvıdkoy açaraq belə tədbirlərin xalqların inteqrasiyasindakı roluna toxunmuşdur. Tədbirdə eləcə də Dövlət Dumasında MDB işləri üzrə komitənin üzvü Leonid Kalaşnikov, "Rossiya sevodnya" informasiya agentliyinin direktoru Andrey Blaqodirenko və başqa qonaqlar çıxış ediblər. Forum çərçivəsində geniş maraq doğuran müxtəlif məsələlər müzakirə olunubdur. Bunlar sırasında imic və internet, media - səhnəsində yeni brendlərin qurulması, vətəndaş sosiallaşması, inteqrasiya problemləri və sair kimi suallara aydınlıq gətirilibdir. Tədbirdə Azərbaycanı təmsil edən gənclər fəallıqları ilə seçiliblər. Onlar öz çıxış və təqdimatlarında ölkədə reallaşdırılan gənclər siyasətini digər ölkələrdən olan həmkarlarının diqqətlərinə çatdırıblar. Azərbaycanda keçirilən irimiqyaslı yerli və beynəlxalq tədbirlər haqqında məlumat veriblər. Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı məsələlərin öz həllini tapması ilə bağlı fikirlər səsləndiriblər. Qeyd edək ki, tədbirdə Azərbaycandan politoloq, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov, "İrəli" İctimai Birliyinin Beynəlxalq Əlaqələr Departamentinin sədri Anar Qurbanov və digər qeyri hökümət təşkilatları nümayəndələri iştirak ediblər.