Sosial

“Türk dünyasının Kıbrısı” kitabının təqdimatı keçiriləcək  

26 Sentyabr 2017 16:45

Sentyabrın 28-də Bakıda “Türk dünyasının Kıbrısı” adlı kitabın təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumat “OLAYLAR”-a Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyindən daxil olub. Bildirilib ki, azərbaycanlı jurnalist Afət Sadıqoğlunun müəllifi olduğu kitabın təqdimat mərasimində Kuzey Kıbrısın milli təhsil və mədəniyyət naziri Özdəmir Berova da iştirak edəcək.

Pensiya təyinatı prosesində iştirak edən əməkdaşlara bu sahədə aparılmış dəyişikliklərlə bağlı  izahatlar verilib

26 Sentyabr 2017 16:42

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiya qanunvericiliyindəki son dəyişikliklərlə bağlı yerli qurumlarının pensiya sektorlarınun əməkdaşları üçün izahat işlərini Yevlax, Mingəçevir, Bərdə, Ağcabədi, Laçın, Ağdam, Tərtər və Ağdaş rayon şöbələrinin əməkdaşlarının iştirakı ilə davam etdirib.

Bakıda keçirilən beynəlxalq ekoloji aksiya çərçivəsində Mərdəkan çimərliyi tullantılardan təmizlənib

26 Sentyabr 2017 16:30

Ölkənin bir sıra nüfuzlu şirkətləri, dövlət qurumları və qeyri-hökumət təşkilatları bir araya gələrək bütün dünyada qeyd olunan Beynəlxalq Sahilyanı Təmizlik Günü çərçivəsində Mərdəkan çimərliyində genişmiqyaslı təmizlik aksiyası keçirib.

Milli Məclis Avropa Şurasının qərarlarının icrası qaydalarına yenidən baxacaq  

26 Sentyabr 2017 16:00

Milli Məclis Azərbaycanın üzv olduğu insan hüquq və azadlıqlarının müdafiəsi üzrə dövlətlərarası orqanın qərarının icrası qaydalarını dəyişdirilməsi ilə bağlı qanun layihəsini yenidən müzakirəyə çıxarır.

Komitə növbəti hərrac keçirib

26 Sentyabr 2017 15:55

Sentyabrın 26-da  Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac keçirilib. Komitədən “Olaylar”a  verilən məlumata görə, qeyri-yaşayış sahələri və nəqliyyat vasitələrinin əksəriyyətinin hərracı rəqabətli şəraitdə keçib. Bundan başqa, budəfəki hərracda qalib şəxslərdən biri onlayn şəkildə qatılan sifarişçi olub.

ATV-nin nəzdindəki radioların rəhbəri də vəzifəsindən uzaqlaşdırıldı (YENİLƏNİR)

26 Sentyabr 2017 15:53

Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin rəhbərliyi bötüvlükdə dəyişdirilib.  Televiziyanın prezidenti Vüqar Qaradağlı, vitse-prezidenti Rauf Dadaşov vəzifədən kənarlaşdırılıblar.

Daha bir ərazidə rahat gediş-gəliş təmin olunur  

26 Sentyabr 2017 15:36

Avtomobil yollarında, küçə və prospektlərdə vətəndaşların rahat gediş-gəlişini təmin etmək istiqamətində “Azəravtoyol” ASC tərəfindən aparılan kompleks tədbirlər çərçivəsində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 11-ci km-də, “Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində (daş bazarı) olan yolun təmirinə start verilib. “OLAYLAR”-a “Azəravtoyol” ASC-nin mətbuat xidmətindən bildirilib ki, təmir işləri “Sulutəpə dairəsi”ndən Biləcəri qəsəbəsi istiqamətində təqribən 500 m-lik və Baş Dövlət Yol Polisinin stasionar postuna qədər olan 250 m-lik məsafəni əhatə edir. Ümumilikdə təmir işlərinin aparıldığı sahə 17 min m2-ə yaxındır.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri “Concordia” Sammitinə qatılıb

26 Sentyabr 2017 15:35

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) İdarə Heyətinin üzvləri Amerika Birləşmiş Ştatlarının Nyu Yorkda keçirilən “Concordia” Sammitində iştirak edib. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, NGBM-nin dəstəyi ilə baş tutan sammitdə Mərkəzin İdarə Heyətinin üzvləri iştirak edib. Sammit çərçivəsində Mərkəzinin üzvləri qitələrarası əməkdaşlıq, miqrant və qaçqınların dəstəklənməsində özəl sektorun mobilləşdirilməsi, maliyyə, enerji, ticarət, investisiya və digər məsələlərə həsr olunmuş müzakirələrə qatılıb, bir sıra görüşlər keçirib və “Apeal of Conscience” Fondunun təsis etdiyi mükafatın növbəti təntənəli təqdimatında iştirak ediblər.

“Qarabağ münaqişəsinin həllinin uzanması ATƏT regionunu təhdid edir” 

26 Sentyabr 2017 15:34

“Azərbaycan ATƏT və onun bütün qurumları ilə, eləcə də Parlament Assambleyası ilə əməkdaşlığa böyük önəm verir. Azərbaycan nümayəndə heyəti bütün səviyyələrdə bu təşkilatın işində yaxından iştirak etməklə ona böyük töhfələr verir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Azay Quliyev: “Dağlıq Qarabağ probleminin həllində bir az da cəsarət tələb olunur”

26 Sentyabr 2017 15:32

“Dağlıq Qarabağ kimi mürəkkəb problemin həllində bütün bu realist yanaşma ilə yanaşı, bir az da cəsarət tələb olunur. Müəyyən məsələləri öz adı ilə çağırmaq və daha çox təşəbbüs irəli sürmək zəruridir”. “Olaylar” xəbər verir ki, bunu Milli Məclisin deputatı, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigeninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə deyib.

Bu il Azərbaycanda 388 nəfər qidadan zəhərlənib, 3 nəfər ölüb

26 Sentyabr 2017 15:31

Bu ilin avqust ayı ərzində əhali arasında 29 qida zəhərlənməsi hadisəsi baş verib. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib ki, hadisə nəticəsində 40 nəfər zərərçəkən olub. Ötən ay botulizm hadisəsi baş verməyib. Qida zəhərlənməsi hadisələrinin hamısı məişət baş verib. 

Dövlət bayrağı, gerb və himn haqqında qanunlar dəyişdiriləcək 

26 Sentyabr 2017 15:30

“Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”, “Azərbaycan Respublikasının Dövlət gerbi haqqında”, “Azərbaycan Respublikasının Dövlət himni haqqında” qanunlara əlavə və dəyişiklik edilir.“Olaylar”-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin payız sessiyasının qanunvericilik işlər planına daxil edilib. 2017-ci il payız sessiyasının qanunvericilik işlər planı Milli Məclisin oktyabrın 2-də keçiriləcək ilk plenar iclasında müzakirəyə çıxarılacaq.

Almaniya hansı yolla gedəcək?

26 Sentyabr 2017 15:20

Həftə sonu Almaniya Bundestaqına keçirilən seçkilər və onun nəticələri indi təkcə almanlar tərəfindən deyil, eləcə də bütün avropalılar, hətta digər qitələrin vətəndaşları, rəsmi və qeyri-rəsmi qurumları tərəfindən müzakirə olunur, təhlil edilir. Səbəb seçkilərdə millətçilərin İkinci Dünya Müharibəsindən sonra ilk dəfə olaraq belə nailiyyət əldə etməsidir.

Azərbaycanda sosial dövlət quruculuğu modeli həyata keçirilir

26 Sentyabr 2017 15:02

Azərbaycan dövləti sosial yönümlüdür və bu sahə daim diqqət mərkəzində saxlanılır. Bu tezis faktiki olaraq həyatda o qədər tez-tez sübutunu tapıb ki, artıq aksiomaya çevrilib. Ötən illərin inkişaf prosesini izləyəndə məsələ barədə panoram daha aydın görünür. Belə ki, hər il ölkə başçısının sərəncamları ilə minimum əmək haqqının səviyyəsi, minimum pensiya, minimum istehlak səbətinin dəyəri artırılır.

ATV-nin prezidenti təyin edilən Azər Xəlilovdan AÇIQLAMA

26 Sentyabr 2017 14:57

ATV kanalının prezidenti Vüqar Qaradağlının işdən çıxarılması və yeni təyinatla bağlı açıqlama alıb. ATV kanalının prezidenti təyin olunan Azər Xəlilov açıqlamasında məlumatın doğru olduğunu bildirib. "Bəli, məlumat doğrudur. Mən təyin edilmişəm. Hazırda kanalda iclas gedir. Sonra yenidən danışarıq".