Sosial

BDU da ERASMUS+KAO1 tələbə-müəllim mübadiləsi proqramı çərçivəsində müqavilə imzalanıb

10 Oktyabr 2017 16:53

Bakı Dövlət Universitetində Almaniyanın Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Yeva-Mariya Auxun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Olaylar bildirir ki, qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov BDU-nun tarixi və bu günü, beynəlxalq əlaqələri, o cümlədən Almaniyanın bir sıra universitetləri ilə elm-təhsil müstəvisində həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edib. Berlin Humboldt Universitetinin nümayəndələri ilə bir neçə görüşün reallaşdığını xatırladan rektor, ilkin olaraq doktorant mübadiləsi istiqamətində yeni proyektə start verilməsindən məmnunluğunu ifadə edib. Professor Yeva-Mariya Aux təmsil etdiyi universitetin uğurlarından, o cümlədən kafedranın profilindən danışıb.

Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi yad edilib

10 Oktyabr 2017 16:51

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın doğum günü münasibətilə II Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Olaylar bildirir ki, institut əməkdaşları Azərbaycanda şərqşünaslıq elminin inkişafında misilsiz xidmətləri olan alimin məzarı önünə əklil qoyub. Anma mərasimində Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva böyük alimin keçdiyi həyat yolundan, onun  zəngin və dəyərli elmi fəaliyyətindən danışıb.

Ata-anası qəzada ölən körpə Yunisi indi də babasız qoyurlar...

10 Oktyabr 2017 16:27

Sabirabad rayon məhkəməsi rayonun Yenikənd kənd sakini Əsəd Ələkbərovun bir il öncə qəyummluğa götürdüyü nəvəsinin əlindən alınması ilə bağlı ədalətsiz qərar çıxarıb.  Məhkəmənin may ayının 15-də qəbul etdiyi qətnaməyə əsasən, uşaq özünü belə görmədiyi xalası İradə Salahova və onun həyat yoldaşı Elgün Əliyevə övladlığa verilir.

"S.S"çilər Bakıda sakinlərə hücum edib evlərini dağıtdı

10 Oktyabr 2017 16:14

“Evrostroy-SS” tikinti şirkəti Bakının Nərimanov rayonunda şəxsi mülklərin sökülməsi barədə yazdığımız məqaləyə reaksiya verib. Şirkətdən redaksiyamıza daxil olan bəyanatda bildirilib ki, evlər sökülərkən yalnız 3 evin mülkiyyətçisi ilə problemlər yaranıb.

Bu il altı azərbaycanlı uşaq əcnəbilərə övladlığa verilib

10 Oktyabr 2017 16:12

“Bu ilin ötən dövrü ərzində Azərbaycanda 6 ölkələrarası övladlığa götürmə prosesi həyata keçirilib”. Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin nümayəndəsi Seymur Məmmədov bildirib.

Nəsimi rayon gəncləri təntənəli şəkildə hərbi xidmətə yola salındılar

10 Oktyabr 2017 16:02

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamina əsasən, Nəsimi rayonunda da gənclərin həqiqi hərbi xidmətə cağırış kompaniyasına start verilib. Belə tədbirlərdən biri rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, hərbi xidmətə yola salınan gənclərin və onların valideynlərinin iştiraki ilə, “Şərq sarayı” restoranında keçirilib. Rayon İcra Hakimiyyətindən “Olaylar”a bildirilib ki, tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bidirib ki, ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır. Müasir dünyamızda baş verənlər təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasətlərini həyata keçirməkdə çətinlik çəkirlər.

Çətin tərbiyə olunan uşaqlarla bağlı layihə həyata keçirilir

10 Oktyabr 2017 15:59

“Qadın və Müsir Dünya Mərkəzinin ”Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Çətin tərbiyə olunan, sosial müdafiəsi zəif uşaqlar, yeniyetmələr və onların ailələri üçün psixoloji - reablitasiya proqramı təşkil etmək” layıhəsi davam edir.

Oqtay Əsədov Sankt-Peterburq şəhərinə səfər edəcək

10 Oktyabr 2017 15:57

Oktyabrın 13-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyətimiz MDB PA-nın Şura iclasında və Parlamentlərarası İttifaqın 137-ci Assambleyasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək. MM-dən “Olaylar”a verilən məlumata görə, tədbirlərdə parlamentin komitə sədri Fuad Muradov, deputatlardan Şahin İsmayılov, Sahibə Qafarova, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edəcəklər.

QMİ: "Hacı" insanlar arasında hörmət əlaməti olaraq müraciətdə işlədilir

10 Oktyabr 2017 15:47

"Vaxtilə insanlar Həcc, Kərbəla və digər müqəddəs ziyarətlərə çox böyük zəhmətlə gedirdilər. Səfərləri 6 ay, hətta bir ilə kimi çəkirdi. Qayıtdıqdan sonra isanlar onlara böyük həvəslə hacı, kərbəla, məşhədi deyirdilər". Bunu adların qarşısında hacı, məşhədi kimi titulların yazılmasına münasibətini açıqlayan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Fətva və moizə şöbəsinin mütəxəssisi Ağasəid Yaqubov danışıb.

Əflatun Amaşov AMŞ Alyansının illik toplantısına qatılacaq

10 Oktyabr 2017 15:40

Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Avropa Mətbuat Şuraları Alyansının Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək illik toplantısına qatılacaq. MŞ-dan verilən məlumata görə, oktyabrın 11-dən 13-dək keçiriləcək toplantıda MŞ sədri rəhbərlik etdiyi qurumun ötən bir ildəki fəaliyyəti barədə hesabat xarakterli çıxış edəcək.

Deputatlarımız Qırğızıstandakı seçkiləri izləyəcəklər

10 Oktyabr 2017 15:31

Milli Məclisin deputatları Rauf Əliyev və Nizami Cəfərov Qırğızıstanda keçiriləcək prezident seçkilərini izləmək üçün Bişkekdə səfərdə olacaqlar. Bu barədə MM-dən “Olaylar”a verilən məlumata görə, Rauf Əliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyası tərkibində, Nizami Cəfərov TürkPA xətti ilə seçkiləri müşahidə edəcəklər.

DSMF-nun gəlirlərində 7 faiz faiz artım qeydə alınıb

10 Oktyabr 2017 15:11

Ölkəmizdə aparılan uğurlu sosial-iqtisadi siyasət və işləyən əhalinin sosial sığorta sistemində fəal iştirakının stimullaşdırılmasına yönələn islahat tədbirləri layiqli pensiya təminatının əsasını təşkil edən, müasir standartlara cavab verən bu sistemin davamlı inkişafına imkan verib.