Çətin tərbiyə olunan uşaqlarla bağlı layihə həyata keçirilir

“Qadın və Müsir Dünya Mərkəzinin ”Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi “Çətin tərbiyə olunan, sosial müdafiəsi zəif uşaqlar, yeniyetmələr və onların ailələri üçün psixoloji - reablitasiya proqramı təşkil etmək” layıhəsi davam edir.

"Qadın və Müsir Dünya Mərkəzinin "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirdiyi "Çətin tərbiyə olunan, sosial müdafiəsi zəif uşaqlar, yeniyetmələr və onların ailələri üçün psixoloji - reablitasiya proqramı təşkil etmək" layıhəsi davam edir. Bu barədə "Olaylar"a məlumat verən Mərkəzin rəhbəri Südabə Şirəliyevanın sözlərinə görə, layihə Bakı şəhərində fəaliyyət göstərən Günərzi "İşıqlı Ev" Küçə Uşaqları Mərkəzində həyata keçirilir.Bu mərkəzdə özünə sıgınacaq tapmış uşaqlar və digər cətin tərbiyə olunan uşaqlar bu layıhəyə cəlb ediliblər: "Küçə uşaqları kimdir və onlar ailələri necə yaşayır?-sualı cəmiyyətimizi daima düşündürən suallardan biridir. Küçə uşaqları termini layihə çərçivəsində psixoloji yardım alacaq uşaq və yeniyetmələrin bütün kateqoriyalarını ən dəqiq əks etdirir. Müxtılif mənbələrdə küçə uşaqları birbirinə oxşar terminlərlə ifadə olunur. Küçə uşaqlarını müxtəlif kateqoriyaya ayrılır. Çox təsssüf ki, bu kateqoriyalara bölünmüş cətin tərbiyə olunan uşaqlar həyatımıızın bir hissəsinə çevrilmişdir. Sosial gərginlik nəticəsində uşaqlar küçələrdə yaşayıb - işlyirlər. Kuçə uşaqları əhalinin aztəminatl hissəsi olaraq cəmiyyətin müxtəlif təbəqələri tərəfindən nə vaxtsa rədd edilmişlərdir.Bu onu aydın göstərir ki, cəmiyyət bu problemi hətərəfli başa düşmək səviyyəsinə çatmamışdır.Onların nəzərində uşaqların küçələrdə işləməsi - adi haldır və buna onların alternativi yoxdur". Onun sözlərinə görə, layihənin məqsədi yoxsul, cətin tərbiyə olunan baxımsız küçə uşaları və yeniyetmələri, onların ailələrini psixoloji - reablitasiya proqramına cəlb edərək, psixoloji yardım göstərməkdir: "Layihədə nəzərdə tutulan fəaliyyət cətin tərbiyə olunan, sosial müdafiəsi zəif uşaqlar, yeniyetmələr və onların ailələri üçün psixoloji reablitsiyanın təşkilidir. Küçədə uşaqlarının həyatı ilə bağlı mənfi təsiri minimuma endirilməsi üçün uşağın psixoloji reablitasiyaya cəlb edilməsi, çətin tərbiyə olunan uşaqların psixoloji reablitasiyaya cəlb edilməsi (hansı ki, reablitasiyaya cəlb edilmiş küçə uşaqlarının valideynləridir. Reabilitasiyaya sosial-pedaqoji aspektilı təhsil, təlim və davranışda müəyyən sapmalara fərdi, hərtərəfli inkişafı məsələlərini həll etmək üçün tədbirlər daxildir. Bu tədbirlərin nəticəsi bütövlükdə cəmiyyətin professional bacarıqlarının inkişafında əlverişli trend olmalıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31