Oqtay Əsədov Sankt-Peterburq şəhərinə səfər edəcək

Oktyabrın 13-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyətimiz MDB PA-nın Şura iclasında və Parlamentlərarası İttifaqın 137-ci Assambleyasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək. MM-dən “Olaylar”a verilən məlumata görə, tədbirlərdə parlamentin komitə sədri Fuad Muradov, deputatlardan Şahin İsmayılov, Sahibə Qafarova, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edəcəklər.

Oktyabrın 13-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyətimiz MDB PA-nın Şura iclasında və Parlamentlərarası İttifaqın 137-ci Assambleyasında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcək. MM-dən "Olaylar"a verilən məlumata görə, tədbirlərdə parlamentin komitə sədri Fuad Muradov, deputatlardan Şahin İsmayılov, Sahibə Qafarova, Ülviyyə Ağayeva, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edəcəklər. MDB PA-nın Şura iclasında cari məsələlərlə yanaşı, "Birliyin uşaqları" adlı Beynəlxalq Forumun nəticələri, Qazaxıstan parlamentinə seçkilərin və Qırğızıstanda prezident seçkilərinin müşahidə edilməsi barədə məsələlərə baxılacaq, növbəti il üçün təşkilatın fəaliyyət planı müzakirə olunacaq. Səfər çərçivəsində nümayəndə heyətimiz Parlamentlərarası İttifaqın növbəti Assambleyasının açılış mərasiminə qatılacaq. Assambleyada "Etiqadlar və etniklərarası dialoq vasitəsi ilə mədəni plüralizmi və sülhü təşviq etmək" mövzusunda ümumi müzakirələr keçiriləcək. Tədbirdə Milli Məclisin Sədri Oqtay Əsədov çıxış edərək mövzu ilə əlaqədar öz fikirlərini bölüşəcək, qaldırılan məsələlərə Azərbaycan tərəfinin mövqeyini bildirəcək. Burada Milli Məclis Sədrinin Rusiya Federasiyası Federal Şurasının sədri Valentina Matviyenko, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə və tədbirdə iştirak edən nümayəndə heyətlərinin başçılarıyla bir sıra görüşləri nəzərdə tutulub. Səfər oktyabrın 16-da başa çatacaq.




 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31