BDU da ERASMUS+KAO1 tələbə-müəllim mübadiləsi proqramı çərçivəsində müqavilə imzalanıb

Bakı Dövlət Universitetində Almaniyanın Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Yeva-Mariya Auxun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Olaylar bildirir ki, qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov BDU-nun tarixi və bu günü, beynəlxalq əlaqələri, o cümlədən Almaniyanın bir sıra universitetləri ilə elm-təhsil müstəvisində həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edib. Berlin Humboldt Universitetinin nümayəndələri ilə bir neçə görüşün reallaşdığını xatırladan rektor, ilkin olaraq doktorant mübadiləsi istiqamətində yeni proyektə start verilməsindən məmnunluğunu ifadə edib. Professor Yeva-Mariya Aux təmsil etdiyi universitetin uğurlarından, o cümlədən kafedranın profilindən danışıb.

Görüşün sonunda Bakı Dövlət Universiteti və Berlin Humboldt Universiteti arasında ERASMUS+KAO1 tələbə-müəllim mübadiləsi proqramı çərçivəsində müqavilə imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31