Nəsimi rayon gəncləri təntənəli şəkildə hərbi xidmətə yola salındılar

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamina əsasən, Nəsimi rayonunda da gənclərin həqiqi hərbi xidmətə cağırış kompaniyasına start verilib. Belə tədbirlərdən biri rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, hərbi xidmətə yola salınan gənclərin və onların valideynlərinin iştiraki ilə, “Şərq sarayı” restoranında keçirilib. Rayon İcra Hakimiyyətindən “Olaylar”a bildirilib ki, tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bidirib ki, ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır. Müasir dünyamızda baş verənlər təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasətlərini həyata keçirməkdə çətinlik çəkirlər.

Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamina əsasən, Nəsimi rayonunda da gənclərin həqiqi hərbi xidmətə cağırış kompaniyasına start verilib. Belə tədbirlərdən biri rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, hərbi xidmətə yola salınan gənclərin və onların valideynlərinin iştiraki ilə, "Şərq sarayı" restoranında keçirilib. Rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov bidirib ki, ordu hər bir dövlətin və xalqın təhlükəsizliyinin qarantıdır. Müasir dünyamızda baş verənlər təsdiqləyir ki, güclü ordusu olmayan dövlətlər müstəqil siyasətlərini həyata keçirməkdə çətinlik çəkirlər. Bir həqiqət var ki, bütün diplomatik danışıqların arxasında güclü ordu dayanır. Bütün sahələrdə olduğu kimi ordu quruculuğu sahəsində də möhtərəm Prezidentimiz cənab İlham Əliyev Heydər Əliyev siyasi kursunu davam etdirərək hərbi sahəni daim diqqət mərkəzində saxlayır. Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gündəlik diqqət və qayğısının nəticəsidir ki, bu gün Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrilmişdir. Bu gün Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsindən çoxdur. Ən müasir hərbi texnika, silah - sursatla təchiz olunmuş Azərbaycan Milli Ordusu istənilən anda Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etməyə qadirdir və bunu 02 aprel 2016-cı ildə keçirilən hərbi əməliyyatlar zamanı bir daha sübut etmişdir. A. Əsgərov əlavə edib ki, bu gün orduda maddi texniki təchizatla yanaşı əsgərlərimizin döyüş ruhu və nizam - intizam olduqca yüksək səviyyədədir. Tarixi həqiqətdir ki, Dövlət - Xalq - Ordu birliyi əsgər və zabitlərin döyüş ruhunu artırır. Nəsimi rayon İcra Hakimiyyətində Milli Ordumuza qayğı daim diqqət mərkəzində saxlanılır. Tez - tez İcra Hakimiyyətinin rəhbərliyi və rayon ictimayyətinin nümayəndələri cəbhə bölgələrində olaraq əsgərlərimizlə görüşlər keçirirlər. Çıxışının sonunda natiq hərbi xidmətə yola salınan gənclərə vətənimizi şərəflə qorumağı arzulamışdır. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31