Sosial
Dövlət İmtahan Mərkəzi X sinif “Ümumi tarix” dərsliyi ilə bağlı qalmaqala münasibət bildirib
Dövlət İmtahan Mərkəzi (DİM) X sinif “Всеобщая история” (“Ümumi tarix”) dərsliyi ilə bağlı məsələyə münasibət bildirib. Mərkəzdən bildirilib ki, DİM ancaq dərsliklərin Azərbaycan dilində olan variantlarının qiymətləndirilməsində iştirak edib. Sonradan bu dərsliklər Rus dilinə tərcümə edilərək istifadəyə verilib: “Mərkəz tərəfindən istifadədə olan dərsliklərin monitorinqini və dərsliklərin çap olunmadan qiymətləndirilməsi aparılır.
Mövsümi saç tökülməsinin təbii həlli yolları
Gündə 100 ədəd saç tökülməsi normal qarşılanır. Lakin mövsüm keçidlərində bu rəqəm 100, hətta 200-i də keçə bilər. Mövsümi saç tökülməsinin qarşısını almaq üçün bir çox təbii üsulları var.
Bu şəxslərə güzəştlər artırılır
Hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması müddətləri artırlır. Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilir. Belə ki, təklif edilən dəyişikliyə əsasən, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər.
Bu qız iştirakçı kişi münsiflərin ağlını başından aldı - Çox gözəldir - VİDEO
Azərbaycanın uğurları beynəlxalq səviyyədə təqdir edilir
"Artıq 2017-ci ilin böyük bir hissəsi arxada qalıb. Bu il dünya miqyasında həm siyasi, həm də iqtisadi baxımdan böhran müşahidə olunsa da, ölkəmiz öz inkişaf tempini qoruyub saxlayıb. Oktyabrın 9-da Azərbaycan Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxış edən dövlətimizin başçısının qeyd etdiyi kimi, ötən dövrdə ölkəmiz uğurla və hərtərəfli inkişaf edib. Bütün sahələrdə dinamik inkişaf təmin edilib".
Baş kardioloq geomaqnit qasırğası ilə bağlı XƏBƏRDARLIQ ETDİ
"Geomaqnit qasırğası daha çox ürək-damar xəstəlikləri, arterial hipertenziya (təzyiqin yüksək olması), ikinci qrup şəkərli diabet xəstəliyi olan insanlara mənfi təsir edir". Azərbaycanın baş kardioloqu Faiq Quliyev açıqlamasında bildirib ki, geomaqnit qasırğası zamanı həmin insanların xəstəliyi daha da üzə çıxır: "Bu zaman təzyiqin artması, şəkərin qalxıb-düşməsi halları müşahidə olunur. Yaşlı insanlar daha həssas olur. Gənc nəsildə həssaslıq göstəricisi zəifdir".
Bakıda kirayə evlərin qiyməti qalxdı
"Ötən ayın yekunlarına görə kirayə mənzil bazarında 4,63 faiz qiymət artımı müşahidə edilib. İlin əvvəli ilə müqayisə etsək 0,21 faiz artım olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3,1 faiz artım qeydə alınıb".
AMEA: Bəzi aparıcılar, yazarlar özlərini savadlı göstərmək üçün xarici terminlərdən istifadə edirlər
“Dilçilik İnstitutunun apardığı monitorinqlərin nəticəsi göstərir ki, Azərbaycan dilinin daxili imkanları hesabına yaranmış sözlərin olmasına baxmayaraq, bəzi aparıcılar, yazarlar yeri gəldi-gəlmədi xarici terminlərdən istifadə edirlər”. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli “Azərbaycan dilinin müasir problemləri: reallıqlar və vəzifələr” mövzusunda konfransda deyib.
DİN Bakıdakı güllələnmə ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi Bakıda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb. “Olaylar” nazirliyin saytına istinadən xəbər verir ki, oktyabrın 9-da Yasamal rayonu ərazisində yaşayan Həbib Kərimov evində ov tüfəngi ilə ehtiyatsız davrandığından, açılan atəşlə arvadı Səbinəyə qarın nahiyəsindən xəsarət yetirib. Nəticədə S.Kərimova xəstəxanaya aparılarkən yolda ölüb. Yasamal RPİ 28-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində H.Kərimov tutulub, hadisə yerindən qardaşına məxsus “Churchill” markalı ov tüfəngi götürülüb. Faktla əlaqədar cinayət işi başlanıb.
Vətəndaş cəmiyyətləri hüquqi övlət quruculuğunda mühüm rol oynayır
Azərbaycanda həyata keçirilən demokratik islahatlardan biri də azad fəaliyyətə malik vətəndaş cəmiyyətlərinin formalaşmasıdır. Elə bu səbədən də demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin davamı kimi vətəndaş cəmiyyəti təsisatlarının daha da inkişaf etdirilməsi prioritet hesab olunur. Xüsusən, vətəndaş cəmiyyətlərinin sərbəst şəkildə fəaliyyəti üçün qanunvericilik bazasının yaradılması, beynəlxalq sənədlərin ratifikasiyası bu məqsədlə görülən işlərin mahiyyətini təşkil edir.
Nəcməddin Mürvətovun imza günü
Oktyabrın 10 – da "Cabir Novruz” Mədəniyyət Fondunun “Sağlığında qiymət verin insanlara” adlı layihəsi çərçivəsində, həmin fondun təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, əməkdar müəllim, “Tərəqqi” medallı, “Cabir Novruz” Mədəniyyət Fondunun vitse-prezidenti Nəcməddin Mürvətovun yenicə çapdan çıxmış “Dünyamızın zərrəsiyəm”, “Şairdə sirr olmur...” kitablarının imza gününü keçirilib.
Bakı Təhsil İdarəsi müəllim və valideynlərə MÜRACİƏT ETDİ
Oktyabrın 13-də paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçiriləcək. Bakı Təhsil İdarəsindən verilən məlumata görə, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir. Bakıdakı 214 nömrəli tam orta məktəbdə (Ünvan: Ə.Əzimzadə küçəsi 18) təşkil olunacaq səyyar qəbul saat 10:00-da başlayacaq.
Ana dilinin saflığını necə qoruyaq? – Bilik Fondu mühazirələri davam etdirir
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu “Mədəni maarifləndirmə” proqramı çərçivəsində Azərbaycan dilinin qorunması və inkişafına təkan göstərən layihələrini davam etdirir. Bununla bağlı Beyləqan şəhəri N.Allahverdiyev adına 1 nömrəli tam orta məktəbdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu ilə görüş keçirilib. Olaylar bildirir ki, Bilik Fondunun Beyləqan rayon nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən görüşdə M.Nağısoylu “Ana dilinin saflığının qorunmasında məktəb, ailə və cəmiyyətin vəzifələri” mövzusunda mühazirə oxuyub. Akademik ulu öndər Heydər Əliyevin “Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” müvafiq fərmanını xatırladıb, ana dilinin saflığının qorunması istiqamətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu işlərdən söz açıb. Ana dilinin qorunmasında ictimaiyyətin rolunun böyük əhəmiyyət daşıdığı vurğulanıb.
Azərbaycanlı tələbələr Koreyada təhsil alacaq
Azərbaycan Dillər Universitetinin Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin Azərbaycan dili-Koreya dili ixtisasının II kurs tələbələri Aydan Hacıyeva və Aytən Məmmədova Koreyada təhsil almaq hüququ qazanıb. Olaylar bildirir ki, onlar Koreya Xarici Dillər Universiteti (HUFS) ilə ADU-nun bağladığı müqaviləyə əsasən 2017-2018 tədris ilinin 1-ci semestrini Koreyada oxuyacaqlar.
BDU da ERASMUS+KAO1 tələbə-müəllim mübadiləsi proqramı çərçivəsində müqavilə imzalanıb
Bakı Dövlət Universitetində Almaniyanın Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Yeva-Mariya Auxun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub. Olaylar bildirir ki, qonaqları qəbul edən rektor, akademik Abel Məhərrəmov BDU-nun tarixi və bu günü, beynəlxalq əlaqələri, o cümlədən Almaniyanın bir sıra universitetləri ilə elm-təhsil müstəvisində həyata keçirilən uğurlu əməkdaşlıqdan bəhs edib. Berlin Humboldt Universitetinin nümayəndələri ilə bir neçə görüşün reallaşdığını xatırladan rektor, ilkin olaraq doktorant mübadiləsi istiqamətində yeni proyektə start verilməsindən məmnunluğunu ifadə edib. Professor Yeva-Mariya Aux təmsil etdiyi universitetin uğurlarından, o cümlədən kafedranın profilindən danışıb.














