Sosial

Ərzaq məhsullarının qiyməti bahalaşıb -  Rəsmi

11 Oktyabr 2017 11:55

2017-ci ilin yanvar-sentyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2016-cı ilin müvafiq dövrünə nisbətən 13,9 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 17,9 faiz, qeyri-ərzaq mallarının qiymətləri 12,5 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri 9,6 faiz bahalaşıb.

Zəhərlənmə STATİSTİKASI - dəm qazı, sirkə turşusu, ilan, əqrəb sancmaları...

11 Oktyabr 2017 11:17

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin yanvar-sentyabr aylarında Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə dəm qazı ilə zəhərlənmə və ilan sancmalarına görə müraciət edənlərin sayı azalıb. Bunu özəl olaraq Səhiyyə Nazirliyinin KTM-nin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.

TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edildi

11 Oktyabr 2017 11:02

TRT-nin Bakı təmsilçiliyinə yeni rəhbər təyin edilib. TRT-nin Bakı təmsilçisi Yıldıray Arslanın səlahiyyət müddəti başa çatıb. Bu vəzifəyə Murat Akkoç təyin edilib.

Süni uşaq qidalarını reklam edənlər cərimələnəcək

11 Oktyabr 2017 11:01

Azərbaycanda körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamının hamilə qadınlar və analar arasında, tibb müəssisələrində yayımlanmasına görə cərimə tətbiq ediləcək. Məlumata görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə əlavə edilir.

Səfir tələbələrin önündə  məruzə ilə çıxış etdi

11 Oktyabr 2017 10:11

Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Dillər Universitetində  həyata keçirilən yeni “Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbələri ilə görüşüb. Olaylar bildirir ki, öncə ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev səfiri universitetdə görməkdən məmnunluğunu bildirib. Hindistan səfirliyi ilə ADU arasında çox sıx və faydalı əməkdaşlığın mövcud olduğunu deyən professor tələbələrin bu görüşdən zövq alacaqlarına əminliyini ifadə edib.

Diqqət: Meyvə sularının tərkibindən xəbərdarsınız?

10 Oktyabr 2017 19:00

İngiltərədə yerli mətbuat, meyvə sularıyla bağlı bəzi faktlar gündəmə gətirilib. İçərisində kifayət qədər şəkər olan bu meyvə sularının düzgün saxlanmasının vacibliyini qeyd edən qəzetlər, insanları daha diqqətli olmağa çağırıb.

Xanımların pəhrizlə bağlı söylədiyi yalanlar...

10 Oktyabr 2017 18:55

Aparılan araşdırmalarda qadınların qidalanmaları ilə bağlı ildə təxminən 500 dəfə yalan danışdığı məlum olub. “Daily Telegraph”dərgisində nəşr olunan xəbərə görə, qadınların pəhrizlə əlaqədar söylədiyi yalanların əksəriyyəti şokalad, pendir və spirtli içkiylə bağlıdır.

Göz xəstəlikləri: Səhv bildiklərimiz və doğrular

10 Oktyabr 2017 18:50

Eynəkdən istifadə ilə bağlı dincəldici eynək: Belə bir eynək yoxdur. Eynəklər dəyərlərinə görə rəqəmlərlə ifadə edilir və əgər taxıldığı zaman görməni daha da yaxşılaşdırırsa taxılmalıdır.

Uşaq əmizdirən qadın pəhriz saxlaya bilərmi?

10 Oktyabr 2017 18:40

Hamiləlik zamanı qadınların həddən artıq kilo almaları, doğuşdan sonra onları narahat edən ən böyük problemə çevrilir. Bəzi xanımlar düşünürlər ki, uşaq dünyaya gətirəndən sonra, körpəsinə ana südü verdiyi üçün anaların pəhriz saxlamaları doğru deyil.

Qadınlarda 40 yaşından sonra nələr baş verir?

10 Oktyabr 2017 18:36

Klimaks — klimakteri (qocalığın yaxınlaşması ilə əlaqədar olaraq qadın cinsiyyət vəzilərinin fəaliyyətdən düşməsi dövrü) yaşı qadınlarda istər sosial, istərsə də tibbi aspektdə mürəkkəb dövrdür. Bu gün geniş yayılan fikirlərə görə, klimaks zamanı üzləşdiyimiz şikayətlər qaçılmaz və müvəqqətidir. Müasir təbabətin uğurları belə fikirlərin səhv olduğunu aydın göstərir.