Sosial
Əhməd Sami Elaydi tələbələrə mühazirə oxudu
Xəzər Universitetinin Tarix və Arxeologiya departamentinin və Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin təşəbbüsü ilə Universitetin Təhsil fakültəsi tarix müəllimliyi ixtisasının tələbələrinin Qədim Şərq tarixi dərsinin mühüm tərkib hissəsi olan Qədim Misir tarixi və mədəniyyəti ilə bağlı dərs Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keçirilib. Olaylar bildirir ki, iştirakçıları salamlayan Misir Mədəniyyət Mərkəzi və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi rəhbərlik etdiyi qurumun yaranma tarixin və fəaliyyəti, Misir və Azərbaycan arasında mədəni əlaqələr barədə, eləcə də Xəzər Universiteti ilə əməkdaşlıq barədə geniş məlumat verdi.
Aydın Əliyev kərə yağının bahalaşması barədə
Dövlət Gömrük Komitəsi (DGK) sədri Aydın Əliyev kərə yağının bahalaşmasına münasibət bildirib. Qurum rəhbəri bildirib ki, DGK-nin vəzifəsi ölkəyə idxal olunan və ölkədən ixrac olunan yüklərin rəsmiləşdirilməsindən ibarətdir: "Bugünkü reallıq ondan ibarətdir ki, kərə yağı dünya birjalarında bahalaşır. Bu da ölkəyə gətirilən məhsulun qiymətinə təsirsiz ötüşmür. Əsas idxalçı ölkələrdən biri də Yeni Zelandiyadır. Gömrük orqanlarının vəzifəsi ölkəyə gətirilən yükün rəsmiləşdirilməsindən ibarətdir".
RƏSƏDXANA: Sabah saat 9-da Yerin yaxınlığından keçən asteroidi görmək olar
Sabah “2012 TS4” asteroidi Yerə ən yaxın məsafədən keçəcək. Bunu Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılov bildirib.
Şamaxı Rəsədxanasında 10 şöbə müdirinin yeri boşdur - İşçi AXTARILIR
AMEA-nın N.Tusi adına Şamaxı Astofizika Rəsədxanası vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib. AMEA-dan verilən məlumata görə, 10 şöbənin müdiri vəzifəsi vacant vəzifə kimi təqdim edilib.
“AtaTravel” turizm ixtisası üzrə təhsil alan tələbələr üçün müsabiqə təşkil edir
“AtaTravel” turizm şirkəti ali məktəblərin turizm fakültələrinin yuxarı kurslarında (III-IV kurslar) təhsil alan tələbələr üçün tur proqram hazırlamaqla bağlı müsabiqə təşkil edir. Bu barədə məlumat “OLAYLAR”-a şirkətdən daxil olub. Bildirilib ki, adıçəkilən kateqoriyaya aid tələbələr müsabiqəyə xarici turistlər üçün nəzərdə tutulmuş Azərbaycan daxilində tur proqram təqdim edə bilərlər. Tur proqram Azərbaycanın istənilən bir turizm bölgəsinə aid olmaqla, həmin regiona aid əlamətdar turizm nöqtələrini və marşrutlarını əhatə etməli, əsaslandırılmış olmalıdır. Hər müsabiqə iştirakçısı olan tələbə yalnız bir tur prqoram təqdim edə bilər. Müsabiqədə iştirak etmək istəyən müvafiq kateqoriyaya aid tələbələr CV ilə birlikdə tur proqramı oktyabr ayının 11-dən noyabr ayının 11-nə qədər [email protected] ünvanına göndərməlidirlər. Əlavə məlumat üçün +99412 493-05-01/08 şəhər telefonlarına zəng vurmaq olar.
Direktor müavinləri ilə görüş keçirilib
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzində ümumi təhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri ilə görüş keçirilib. “OLAYLAR”-ın xəbərinə görə, görüşdə Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru Samirə Bektaşi, mərkəzin Təhsilalanlarla işin təşkili və idarəolunması bölməsinin müdiri Səidə Musayeva və paytaxtın qabaqcıl məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri iştirak ediblər.
Gaziantep Universitetində Dədə Şəmşirin büstü quruldu
Türkiyənin Gaziantep Universitetinin Türk Musiqi Dövlət Konservatoriyasında Azərbaycan saz ifaçılıq sənətinin ustadlarından sayılan Dədə Şəmşirin büstü qurulmuşdur. Bu barədə universitetin azərbaycanlı professoru Ilqar Immamverdiyev məlumat verrmişdir. O, demişdir: Büst böyük ifaçının 125 illiyi münasibəti ilə uçaldılmışdır.
BMT Əhali Fondu Azərbaycanda uşaqlar arasında cins nisbətinin pozulmasından narahatdır
BMT Əhali Fondunun Azərbaycandakı nümayəndəliyi Azərbaycanda doğulan uşaqlar arasında cinsi nisbətinin pozulmasından narahatlığını bildirib.
"Bu, icra hakimiyyətlərinə dərs olar"
Əgər hər hansı sahibkara bölgələrdə turizmin inkişaf etdirilməsi üçün yerli icra hakimiyyəti tərəfindən süni maneələr yaradılırsa və qeyri-rəsmi nələrsə tələb edilirsə, onlar müvafiq orqanlara şikayət edə bilərlər. Bu həm də vətəndaş aktivliyinin nümunəsi ola bilər. Həmçinin digər bu fikirdə olan adamlara da dərs olar.
Yağış yağacaq, küclü külək əsəcək
Oktyabrın 12-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 13-15° isti, gündüz 16-19° isti, Bakıda gecə 13-15°, gündüz 17-19° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 60-70 % olacaq.
Aprel şəhidi ilə bağlı sənədli film çəkilir
Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) Gənclər Fondunun maliyyə dəstəyi ilə "Aprel döyüşlərinin tank komandiri: Şəhidliyin Rahim Tağıyev zirvəsi” – adlı qısametrajlı sənədli film çəkir. Qafqazın ən böyük xəbərkanalı olan "ARB24”-ün texniki dəstəyi ilə reallaşan layihənin əsas məqsədi ötən ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan Rahim Tağıyevlə bağlı sənədli film çəkərən onu gənclər arasında təbliğ etməkdən ibarətdir.
Samir Şərifov ABŞ-da tədbirə qatılacaq
11-15 oktyabr tarixlərində ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı Qrupunun İllik Toplantısı keçiriləcək. “Olaylar” xəbər verir ki, toplantıda Azərbaycanı maliyyə naziri Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək. Səfər zamanı bir sıra ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur. BVF və Dünya Bankına üzv ölkələrin yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi illik toplantı çərçivəsində dünya iqtisadiyyatının cari vəziyyəti, yoxsulluğun aradan qaldırılması, iqtisadi inkişaf və yardımın effektivliyi daxil olmaqla, qlobal narahatlıq doğuran bir çox məsələlər müzakirə olunacaq.
O hər zaman məni bu gün üçün hazırlayırdı...
Oktyabrın 11-də Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Aprel döyüşlərinin qəhrəmanlıq nümunələrinin təbliği" layihəsi çərçivəsində aprel döyüşləri zamanı şəhid olmuş Rusif İbrahim oğlu Ağayevin ailəsini ziyarət edib.
Elçibəyin qardaşı Sulutəpədə dəfn olunacaq
DİQQƏT: Xəstəxanada dünyasını dəyişən naməlum kişinin yaxınları axtarılır
Cari ilin sentyabr ayının 23-də saat 22:55 radələrində Bakı şəhəri, Xətai rayonu, Zeytun küçəsi 144 ünvanının qarşısında 50-60 yaşlarında naməlum kişi 3 saylı Sabunçu xəstəxanasına aparılıb və orada həmin şəxs dünyasını dəyişib.












.jpg)

