Əhməd Sami Elaydi  tələbələrə mühazirə oxudu

Xəzər Universitetinin Tarix və Arxeologiya departamentinin və Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin təşəbbüsü ilə Universitetin Təhsil fakültəsi tarix müəllimliyi ixtisasının tələbələrinin Qədim Şərq tarixi dərsinin mühüm tərkib hissəsi olan Qədim Misir tarixi və mədəniyyəti ilə bağlı dərs Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keçirilib. Olaylar bildirir ki, iştirakçıları salamlayan Misir Mədəniyyət Mərkəzi və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi  rəhbərlik etdiyi qurumun yaranma tarixin və fəaliyyəti, Misir və Azərbaycan arasında mədəni əlaqələr barədə, eləcə də Xəzər Universiteti ilə əməkdaşlıq barədə geniş məlumat verdi.

Xəzər Universitetinin Tarix və Arxeologiya departamentinin və Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin təşəbbüsü ilə Universitetin Təhsil fakültəsi tarix müəllimliyi ixtisasının tələbələrinin Qədim Şərq tarixi dərsinin mühüm tərkib hissəsi olan Qədim Misir tarixi və mədəniyyəti ilə bağlı dərs Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində keçirilib.

Olaylar bildirir ki, iştirakçıları salamlayan Misir Mədəniyyət Mərkəzi və Təhsil Əlaqələri Mərkəzinin müdiri Əhməd Sami Elaydi  rəhbərlik etdiyi qurumun yaranma tarixin və fəaliyyəti, Misir və Azərbaycan arasında mədəni əlaqələr barədə, eləcə də Xəzər Universiteti ilə əməkdaşlıq barədə geniş məlumat verdi.

Daha sonra Mərkəzin rəhbəri tərəfindən tələbələrə Qədim Misir sivilizasiyası haqqında mühazirə oxunaraq, Misirin tarixi və mədəniyyətini əks olunduğu slayd və film nümayiş olundu.

Xəzər Universitetinin Arxeologiya və tarix departamentinin rəhbəri Roza Axundova və "Azərbaycan arxeologiyası" jurnalının redaktoru Qüdrət İsmayılzadə Qədim Misir tarixi və tədqiqatlar haqqında tələbələrə məlumat verdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31