Nəcməddin Mürvətovun imza günü

Oktyabrın 10 – da "Cabir Novruz” Mədəniyyət Fondunun “Sağlığında qiymət verin insanlara” adlı layihəsi çərçivəsində, həmin fondun təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, əməkdar müəllim, “Tərəqqi” medallı, “Cabir Novruz” Mədəniyyət Fondunun vitse-prezidenti Nəcməddin Mürvətovun yenicə çapdan çıxmış “Dünyamızın zərrəsiyəm”, “Şairdə sirr olmur...” kitablarının imza gününü keçirilib.

Oktyabrın 10 - da "Cabir Novruz" Mədəniyyət Fondunun "Sağlığında qiymət verin insanlara" adlı layihəsi çərçivəsində, həmin fondun təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, əməkdar müəllim, "Tərəqqi" medallı, "Cabir Novruz" Mədəniyyət Fondunun vitse-prezidenti Nəcməddin Mürvətovun yenicə çapdan çıxmış "Dünyamızın zərrəsiyəm", "Şairdə sirr olmur..." kitablarının imza gününü keçirilib.

Qeyd edək ki, Nəcməddin Tacı oğlu Mürvətov 5 dekabr 1953-cü ildə Dəvəçi rayonunun Yuxarı Ələz kendində anadan olmuşdur. Onun adı "Azərbaycan yazıçıları XX-XXI yüzillikdə" ensiklopedik məlumat kitabına daxil edilmişdir. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Yazıçılar Birliyinin "Natəvan" klubunda keçirilən tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin Təbliğat və statistik araşdırmalar şöbəsinin müdiri Sənan Talıbov, həmçinin tanınmış yazıçılar, jurnalistlər və əməkdar incəsənət xadimləri də iştirak etmişlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31