Azərbaycanlı tələbələr Koreyada təhsil alacaq

Azərbaycan Dillər Universitetinin Tərcümə və mədəniyyətşünaslıq fakültəsinin Azərbaycan dili-Koreya dili ixtisasının II kurs tələbələri Aydan Hacıyeva və Aytən Məmmədova Koreyada təhsil almaq hüququ qazanıb. Olaylar bildirir ki, onlar Koreya Xarici Dillər Universiteti (HUFS) ilə ADU-nun bağladığı müqaviləyə əsasən 2017-2018 tədris ilinin 1-ci semestrini Koreyada oxuyacaqlar.

Aydan Hacıyeva və Aytən Məmmədova akademik göstəricilərinə əsasən universitetin Koreya dili müəllimləri tərəfindən seçilərək Koreyaya göndərilib.

Qeyd edək ki, ADU ilə Koreya Xarici Dillər Universiteti arasında müqavilə 2010-cu ildə bağlanıb və bu günə qədər universitetin 20 tələbəsi bu mübadilə proqramından yararlanaraq Koreyada təhsil alıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31