"S.S"çilər Bakıda sakinlərə hücum edib evlərini dağıtdı
“Evrostroy-SS” tikinti şirkəti Bakının Nərimanov rayonunda şəxsi mülklərin sökülməsi barədə yazdığımız məqaləyə reaksiya verib. Şirkətdən redaksiyamıza daxil olan bəyanatda bildirilib ki, evlər sökülərkən yalnız 3 evin mülkiyyətçisi ilə problemlər yaranıb.
10 Oktyabr 2017 16:14 Sosial"Evrostroy-SS" tikinti şirkəti Bakının Nərimanov rayonunda şəxsi mülklərin sökülməsi barədə yazdığımız məqaləyə reaksiya verib. Şirkətdən redaksiyamıza daxil olan bəyanatda bildirilib ki, evlər sökülərkən yalnız 3 evin mülkiyyətçisi ilə problemlər yaranıb.
Eyni zamanda, şirkət həmin vətəndaşlara tikilən binada yeni mənzillər təklif edib. Belə ki, vətəndaş Abdullayev İsmət Rasim oğlu faktiki olaraq 50 kvadrat metr yaşayış sahəsi olan evə malikdir və Nərimanov Rayon İcra Hakimiyyətinin qərarına əsasən, ona yeni binada 60 kvadrat metrlik (50 kv.m. + 20%) mənzil düşür.
Tikinti şirkəti isə İsmət Abdullayevə 98 kvadrat metrlik mənzil təklif edib (faktiki sahədən 96% çox). Son nəticədə şirkət ona 138,4 kv.m.-lik mənzil təklif edib (malik olduğundan 176% çox). Lakin İsmət Abdullayev öz evinin əvəzində şəhərin mərkəzində ümumi sahəsi 600 kvadrat metr olan bir neçə mənzil tələb edib.
Başqa sakin Gülnaz Həsən qızı Əlizadə 39,5 kv.m. sahəsi olan evə sahib idi. Şirkət ona da 98 kvadrat metrlik mənzil təklif edib (148% çox). Lakin vətəndaş bu təklifdən imtina edib və 400 min manat pul, yaxud hazır evdə bu məbləğə müvafiq mənzil tələb edib.
Qonşuluqda yaşayan Ağa Süleymanov 50,4 kv.m. sahəsi olan evə malik olub. Şirkət ona 74,5 kv.m.-lik mənzil təklif edib. Lakin vətəndaş Azərbaycan ərazisində olmadığından, onun tələbləri məlum deyil.