Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi yad edilib

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın doğum günü münasibətilə II Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Olaylar bildirir ki, institut əməkdaşları Azərbaycanda şərqşünaslıq elminin inkişafında misilsiz xidmətləri olan alimin məzarı önünə əklil qoyub. Anma mərasimində Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva böyük alimin keçdiyi həyat yolundan, onun  zəngin və dəyərli elmi fəaliyyətindən danışıb.

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın doğum günü münasibətilə II Fəxri xiyabana gələrək onun məzarını ziyarət ediblər. Olaylar bildirir ki, institut əməkdaşları Azərbaycanda şərqşünaslıq elminin inkişafında misilsiz xidmətləri olan alimin məzarı önünə əklil qoyub.

Anma mərasimində Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva böyük alimin keçdiyi həyat yolundan, onun  zəngin və dəyərli elmi fəaliyyətindən danışıb.

Böyük alimin qoyduğu zəngin elmi irslə yanaşı, elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən söz açan G.Baxşəliyeva onun Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyini, Aida İmanquliyevanın itkisinin bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu vurğulayıb.

Daha sonra Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru Vilayət Cəfərov Aida İmanquliyevanın Şərqşünaslıq İnstitutunda Ərəb filologiyası şöbəsinin yaradılmasında rolundan söz açıb, onun bu şöbənin ilk rəhbəri olduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31