Deputatlarımız Qırğızıstandakı seçkiləri izləyəcəklər
Milli Məclisin deputatları Rauf Əliyev və Nizami Cəfərov Qırğızıstanda keçiriləcək prezident seçkilərini izləmək üçün Bişkekdə səfərdə olacaqlar. Bu barədə MM-dən “Olaylar”a verilən məlumata görə, Rauf Əliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyası tərkibində, Nizami Cəfərov TürkPA xətti ilə seçkiləri müşahidə edəcəklər.
10 Oktyabr 2017 15:31 SosialMilli Məclisin deputatları Rauf Əliyev və Nizami Cəfərov Qırğızıstanda keçiriləcək prezident seçkilərini izləmək üçün Bişkekdə səfərdə olacaqlar. Bu barədə MM-dən "Olaylar"a verilən məlumata görə, Rauf Əliyev Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının müşahidə missiyası tərkibində, Nizami Cəfərov TürkPA xətti ilə seçkiləri müşahidə edəcəklər. Millət vəkilləri bir sıra seçki məntəqələrində olacaq, prosesin təşkili, vətəndaşların fəallığı ilə maraqlanacaqlar. Səfər oktyabrın 17-də başa çatacaq.