Sosial

DİN-in mətbuat xidmətinin regional qurumları fəaliyyətə başlayıb

17 Oktyabr 2017 13:44

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin regional qurumlarının əməkdaşları fəaliyyətə başlayıb. Bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadə bildirib. Onun sözlərinə görə, cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində ərazi polis orqanları tərəfindən həyata keçirilən tədbirlərin nəticələri cinayətlər barədə KİV nümayəndələrini və ictimaiyyəti daha ətraflı və operativ şəkildə məlumatlandırmaq, polis-media münasibətlərinin daha da yaxınlaşdırılması məqsədilə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizin 6 bölgəsində - Gəncə, Şirvan, Quba, Lənkəran, Şəki və Bərdə şəhər və rayonlarında Mətbuat Xidmətinə bilavasitə tabe olan regional qruplar yaradıb.

Qanunsuz ov edən 110 vətəndaş saxlanıldı

17 Oktyabr 2017 13:30

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları respublika ərazisində çöl quşlarının və vəhşi heyvanların qanunsuz ovlanması, saxlanması hallarının qarşısının alınması məqsədilə mütəmadi olaraq reydlər keçiriblər. Olaylar bildirir ki, 2017-ci ilin 9 ayı ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 110  vətəndaş saxlanılaraq onlardan 90 ov tüfəngi, 396 patron, 22 ədəd quş və 10 baş heyvan götürülüb.

Dekorativ balıqlar və tibb zəlisi yetişdirilir

17 Oktyabr 2017 13:28

AMEA-nın Zoologiya İnstitutunun Mingəçevir Elmi-Təcrübə laboratoriyasının ərazisindəki göllərdə əmtəə və dekorativ balıqlar və tibb zəlisi yetişdirilir. Olaylar bildirir ki, hazırda institut tərəfindən “Mingəçevir Elmi-Təcrübə laboratoriyası ərazisindəki göllərdə yetişdirilən müxtəlif yaşlı çəki, ağ amur və qalınalın balıqlarının morfobioloji, ekoloji, parazitoloji tədqiqi, onların xəstəliklərinin profilaktika və müalicəsinin elmi əsaslarının işlənib hazırlanması”, həmçinin “Tibb zəlisinin süni yolla çoxaldılma texnologiyasının hazırlanması” mövzuları üzrə tədqiqat işləri aparılır.

Sahibkar qadın damarlarını doğrayıb

17 Oktyabr 2017 13:15

Bakıda intihar hadisəsi baş verib. Məlumata görə, hadisə Səbail rayon Neftçi Qurban küçəsində yerləşən “Enlightment” dil kursları mərkəzində qeydə alınıb. Belə ki, mərkəzin rəhbəri, 1961-ci il təvəllüdlü Əliyeva İradə Yusif qızı iş yerində damarlarını kəsərək intihar edib.

Qadınların intihar narahatçılığı

17 Oktyabr 2017 13:14

“Son bir sutkada 1-i müəllim olmaqla 3 qadın intihar edib. Biri damarını kəsib, ikisi isə özünü asıb. Bu qara statistikanı gizlətməklə, ört-basdır etməklə iş düzəlmir. Vəziyyət kifayət qədər ciddidir”. “Olaylar” xəbər verir ki, bu fikirləri “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin rəhbəri Ülkər Abdullayeva deyib. Bildirib ki, bu məsələnin üstünə gedirik, qadınlarla görüşürük, ümumi vəziyyəti, psixoloji durumu öyrənməyə çalışırıq: “Öz təbliğatımızı aparırır ki, intiharı seçmək yanlışdır.

Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində fəaliyyət göstərən dərnək və kursların təqdimatı keçirilib

17 Oktyabr 2017 13:12

Artıq 4 ilə yaxındır ki, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdində kurs və dərnəklər fəaliyyət göstərir.

Sabah ölkə ərazisində küləkli, yağmursuz hava olacaq

17 Oktyabr 2017 12:35

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən  verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Baş anestezioloq-reanimatoloq: Xəstənin əlavə müayinələrə etinasızlığı cərrahiyyə stolunda özünü göstərir

17 Oktyabr 2017 12:29

Xəstə əməliyyata girməmişdən əvvəl mütləq müayinələrə getməlidir. Amma bu müayinələrə etinasız yanaşılır. Bu isə cərrahiyyə stolunda mütləq özünü göstərir. Məlumata görə, bunu Azərbaycan Səhiyyə Nazirliyinin baş anestezioloq-reanimatoloqu Aydın Qədirov deyib. Onun sözlərinə görə, uşaqlar xüsusilə əməliyyatdan əvvəl pediatr müayinəsindən keçməlidir. Uşaq sağlam olsa belə, bu müayinələr mütləq aparılmalıdır.

Ölkədə təhlükəli bir cərəyan formalaşır

17 Oktyabr 2017 12:17

“Ölkəmizdə təhlükəli bir cərəyan formalaşır”. “OLAYLAR” -ın xəbərinə görə, belə bir açıqlama ilə çıxış edən ilahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənovun sözlərinə görə, bir neçə ildir ki, bu barədə mediada məlumatlar verirlər: "Cərəyanı formalaşdıran, insanları yanlış yerə yönləndirən şəxslərin adlarını da vermişik. Həmin cərəyanın məqsədi müsəlmanlar arasında bölücülük salmaqdır.

10 min hektar sahənin suvarma layihəsinin icrası yekunlaşır

17 Oktyabr 2017 12:17

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə ərzaq təhlükəsizliyinin və ixrac potensialının artırılmasının təmin edilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Hacıqabul və Şamaxı rayonlarında, Padarçöl adlanan ərazidə 10 min hektar sahənin suvarma layihəsinin icrası yekunlaşmaq üzrədir.

Professor Aleksandr Umnyaşkinin külliyyatını MEK - ə hədiyyə etdi

17 Oktyabr 2017 11:54

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) təşkilatçılığıyla tibb üzrə elmlər doktoru, filoloq, şərqşünas, professor Aleksandr Umnyaşkinin Mərkəzi Elmi Kitabxanaya hədiyyə etdiyi kitab kolleksiyasının təqdimatı keçirilib. MEK-in Komplektləşdirmə bölməsinin əməkdaşı Əsmər Salalı Aleksandr Umnyaşkinin MEK-ə təqdim etdiyi kitab kolleksiyası haqqında slayd vasitəsilə ətraflı məlumat verib. Olaylar bildirir ki, 2017-ci il aprelindən etibarən MEK-ə daxil olan kitab kolleksiyası 343 adda kitab və jurnaldan ibarətdir. Kolleksiyada olan kitablardan 21-i Azərbaycan dilində, 26-sı ingilis, qalanları rus və digər dillərdədir.

Ailədaxili zorakılıq: Qadınlar döyülmədən necə müdafiə oluna bilər?

17 Oktyabr 2017 11:44

Kəndli cəmiyyətlərin əksəriyyətində qadına qarşı aqressiv rəftar edilir. Həmçinin kənd mühitində xanımların intellektual qabiliyyətləri zəif hesab edildiyi üçün onlar ailə başçısına (qayınataya və ərə) qeyd-şərtsiz tabe olurlar. Bu tabeçilik hörmətdən deyil, fiziki zorakılığın qurbanı olmamaq qorxusundandır.

Ölkə ərazisində şimşək çaxıb, leysan, qar yağıb - Faktiki hava

17 Oktyabr 2017 11:23

Ölkə ərazisində oktyabrın 16-sı gündüzdən 17-si səhərədəkhava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, yüksək dağlıq ərazilərdə qar yağıb. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Abşeron yarımasında və Abşeron dəniz rayonunda arabir güclənib.