Qadınların intihar narahatçılığı
“Son bir sutkada 1-i müəllim olmaqla 3 qadın intihar edib. Biri damarını kəsib, ikisi isə özünü asıb. Bu qara statistikanı gizlətməklə, ört-basdır etməklə iş düzəlmir. Vəziyyət kifayət qədər ciddidir”. “Olaylar” xəbər verir ki, bu fikirləri “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin rəhbəri Ülkər Abdullayeva deyib. Bildirib ki, bu məsələnin üstünə gedirik, qadınlarla görüşürük, ümumi vəziyyəti, psixoloji durumu öyrənməyə çalışırıq: “Öz təbliğatımızı aparırır ki, intiharı seçmək yanlışdır.
17 Oktyabr 2017 13:14 Sosial"Son bir sutkada 1-i müəllim olmaqla 3 qadın intihar edib. Biri damarını kəsib, ikisi isə özünü asıb. Bu qara statistikanı gizlətməklə, ört-basdır etməklə iş düzəlmir. Vəziyyət kifayət qədər ciddidir". "Olaylar" xəbər verir ki, bu fikirləri "Qadın Liderliyi Uğrunda" İctimai Birliyinin rəhbəri Ülkər Abdullayeva deyib. Bildirib ki, bu məsələnin üstünə gedirik, qadınlarla görüşürük, ümumi vəziyyəti, psixoloji durumu öyrənməyə çalışırıq: "Öz təbliğatımızı aparırır ki, intiharı seçmək yanlışdır. Əvəzində onlara vəziyyətdən çıxmaq üçün başqa menyu, ip ucları veririk. Sadəcə çox pisdir ki, dövlət qurumları bizim narahatçılığımızı başa düşmək istəmir, bizi problemi qabartmaqda və şişirtməkdə günahlandırırlar. Media intihar faktlarını təqdim edir və psixoloqlar deyir ki, bu, reklamdır və intihara hədəflənmiş şəxslərə intihar üçün təkan verir. Bəs biz nə etməliyik? Sadəcə oturub baxmalıyıq ki, adamlar necə öz canlarına qıyırlar və doğmalarını, körpə uşaqlarını ortada buraxıb onlara necə dağ çəkirlər?!"